Azərbaycan və Çin enerji, yüksək texnologiyalar, istehsal və elektron ticarət sahələrində böyük potensiala malikdir. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinə səfəri çərçivəsində bu ölkənin kommersiya nazirinin müavini Linq Ci ilə görüşüb. Görüşdə diqqətə çatdırılıb ki, hər iki ölkə müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və iki ölkə arasında ticarət, investisiya və nəqliyyat-tranzit sahələrində əməkdaşlıq əlaqələri durmadan inkişaf edir.
“Tərəflərin məqsədi iqtisadi və ticarət əlaqələrini siyasi əlaqələrlə eyni səviyyəyə çatdırmaqdan ibarətdir. İki ölkə arasında alternativ və bərpa olunan enerji, yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat, istehsal və elektron ticarət kimi sahələrlə yanaşı, SOCAR-la Çinin enerji sektorunda fəaliyyət göstərən şirkətlərin birgə fəaliyyəti üçün böyük potensial və perspektivlər mövcuddur. Həmçinin çinli investorlar beynəlxalq dəhlizlərin kəsişməsində yerləşən Ələt Azad İqtisadi Zonasının nəqliyyat və logistika imkanlarından yararlana bilərlər”, - deyə məlumatda bildirilir.
L.Ci qeyd edib ki, 2022-ci ilin əvvəlindən etibarən Azərbaycanın onlayn ticarət evi Çinin e-ticarət landşaftının tanınmış platforması JD.com-da fəaliyyətə başlayıb. Azərbaycan məhsullarının bu platformada təmsil olunması Azərbaycan məhsullarının Çin istehlakçılarına çatmasında və daha çox tanıdılmasında əhəmiyyətli olacaq.
Tərəflər ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsi üçün mövcud imkanlar, investisiya qoyuluşu sahəsində əməkdaşlığın genişləndirilməsi və infrastruktur layihələri çərçivəsində qarşılıqlı fəaliyyətin təşviqi barədə fikir mübadiləsi aparıblar.
ÇXR-in sənaye və informasiya texnologiyaları nazirinin müavini Sin Quobin ilə görüşdə Azərbaycan və Çin arasında sənaye sahəsində investisiya əlaqələrinin hazırkı vəziyyəti, o cümlədən qeyd olunan sahədə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsini təmin etmək üçün həyata keçirilə biləcək potensial tədbirlər barədə fikir mübadiləsi aparılıb.
“Vurğulanıb ki, gəmiqayırma, bərpa olunan enerji, o cümlədən külək və günəş enerjisinin istehsalı üçün lokallaşdırma, şəhər infrastrukturunun qurulması kimi sahələrdə birgə layihələrin reallaşdırılması üçün potensial var və bu istiqamətdə işlər davam etdirilir. Bundan başqa, sənaye sahələrinin modernləşdirilməsinin əhəmiyyəti və Çinin bu sahədə qabaqcıl təcrübəsi nəzərə alınaraq bu sahələrdə də birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı təcrübə mübadiləsi üçün imkanları genişdir”, - deyə məlumatda qeyd olunur.
Görüşdə Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi, iqtisadiyyatın rəqəmsallaşdırılması sahəsində əməkdaşlıq imkanları və digər potensial layihələr barədə müzakirələr aparılıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət