Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev hesab edir ki, İrəvan keçmişdə törətdiyi cinayətlərə görə Bakıdan üzr istəsə, Azərbaycanla Ermənistan arasında barışıq mümkündür.
“Düşünürəm ki, barışıq mümkündür, lakin bu, əlbəttə, vaxt tələb edəcək. Bu prosesdə Ermənistan tərəfindən çox şey asılıdır”, - deyə Hacıyev “Arab News” qəzetinə müsahibəsində bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, Əliyevin köməkçisi qeyd edib ki, Azərbaycanda yaxınlarını itirmiş, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş çox ailə var və onlar doğma yurdlarına qayıdarkən evlərinin əvəzinə xarabalıqlar görürlər.
“Bu, asan deyil və onlar cavab axtarırlar. Cavab yoxdur, çünki Ermənistan tərəfdən heç kimin “Bizi bağışlayın, bütün səhvlərimizə görə üzr istəyirik” deməyə cəsarəti çatmayıb”, - deyə o vurğulayıb.
“Ermənistanın baş naziri erməni xalqı və Ermənistan hökuməti adından “Məni bağışlayın?” deməyə hazırdırmı? Düşünürəm ki, bu, çox şeyi dəyişə bilər”, - deyə Hacıyev bildirib.
“Ermənistan 4000 azərbaycanlının kütləvi məzarlığı ilə bağlı məlumat verməkdən niyə imtina edir? Qaçqın çadırlarında böyüyən bir milyon azərbaycanlının həyatından qoparılan 30 ilin əvəzini kim ödəyəcək?”, - deyə prezidentin köməkçisi diqqətə çatdırıb.*
R.Kərimov
Yelo Bank-ın əsas maliyyə göstəricilərində pozitiv tendensiya davam edir!
“Azpetrol” 27 yaşını qeyd edir!
Bank Respublika inkişaf tempini əhəmiyyətli dərəcədə artıraraq yüksək nəticələr əldə edib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo App-də komissiyasız xarici pulköçürmələri!
İllik 9.5% ilə kredit üçün son bir həftə!
Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət