Azərbaycan prezidenti İlham Əliyev çərşınbə günü BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərifi qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüş zamanı Əliyev İkinci Azərbaycan Milli Şəhərsalma Forumunun keçirilməsinin müsbət addım olduğunu dedi, Zəngilanda keçiriləcək builki forumun gündəliyinin çox zəngin olduğunu bildirdi, bu tədbir çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin arxitektura və şəhərsalma üzrə nazirlərinin toplantısının baş tutacağını qeyd etdi.
Dövlət başçısı Dünya Məskunlaşma Gününün də Azərbaycanda qeyd ediləcəyinin müsbət addım olduğunu dedi.
Öz növbəsində, Maimuna Mohd Şərif UN-HABITAT tərəfindən “ağıllı şəhər” konsepsiyasının müxtəlif aspektləri üzrə görülən işlər barədə məlumat verərək Azərbaycanın Dünya Məskunlaşma Günü ilə bağlı keçiriləcək tədbirə ev sahibliyi etməsinə görə minnətdarlığını bildirdi. Onun rəyinə görə, Zəngilanda keçiriləcək İkinci Azərbaycan Milli Şəhərsalma Forumu urbanizasiya ilə bağlı dünyada gedən proseslərin müzakirəsi üçün yaxşı imkan yaradır.
İqlim dəyişikliyi və urbanizasiyanın Bakı üçün çox mühüm məsələlər olduğunu bildirən Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunun ölkəmizə keçənilki səfərindən ötən müddət ərzində “işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı yenidənqurma işlərinin həyata keçirildiyini» bildirdi. Keçmiş məcburi köçkünlərin artıq iki şəhər və üç kəndə yerləşdirildiyini və “bu prosesin davam etdirildiyini” vurğulayan prezident Maimuna Mohd Şərifin Azərbaycana səfəri zamanı bu sahədə gedən işlərlə yaxından tanış olacağına ümidvarlığını ifadə etdi.
İqlim dəyişikliyi məsələsinə toxunan Azərbaycan prezidenti bərpaolunan enerji sahəsində ölkəmizdə görülən işlərin də “bu məsələyə töhfə verdiyini” bəyan etdi, “işğaldan azad edilmiş ərazilərimizdə 500 meqavata yaxın günəş və külək enerjisinin istehsalı ilə bağlı iki layihənin icra olunduğu” barədə məlumat verdi.
Maimuna Mohd Şərif Azərbaycanın təşkilatın fəaliyyətinə göstərdiyi dəstəyi və verdiyi maliyyə yardımlarını müsbət addım kimi qiymətləndirdiyini diqqətə çatdırdı. Əliyev Təşkilatın fəaliyyətinin Azərbaycan dövləti tərəfindən bundan sonra da dəstəklənəcəyini qeyd etdi. **
İnformasiya şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət