Ermənistanın baş naziri Nikol Paşinyan XİN başçısı və Təhlükəsizlik Şurasının katibinin də daxil olduğu nümayəndə heyətinin oktyabrın 5-də Qranadaya gedəcəyini bildirib.
“Biz səfərimizi ləğv etməmişik. Təəssüflənirik ki, görüş (Azərbaycan Prezidenti ilə - İF) baş tutmayacaq. Dönüş sənədinin imzalanması üçün fürsət var idi, bu imkanı yüksək qiymətləndirirdik. Ümid edirik ki, masanın üzərində olan konseptual sənəd əlverişli anda imzalanacaq. Mən bu sənədi imzalamağa hazıram. Təəssüf edirəm ki, sabah bu çox mühüm qərarın qəbul olunduğunu elan etmək mümkün olmayacaq”, - deyə o, bu gün parlamentdə “hökumət saatı” zamanı bildirib.
Oktyabrın 5-də Qranada şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilməli idi.
Bu gün Azərbaycan KİV-ləri diplomatik mənbələrə istinadən bildirib ki, Bakı danışıqlardan imtina edir. “Buna səbəb Fransanın destruktiv mövqe tutması, eləcə də Paris və Berlinin Türkiyənin görüşdə iştirak etməsinə qarşı çıxmasıdır. Məhz belə bir şəraitdə Azərbaycan tərəfi danışıqlar aparmaqdan imtina edib”, – deyə diplomatik mənbə qeyd edib.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət