Rusiya sülhməramlılarının nəzarəti altında Azərbaycanın Qarabağ bölgəsindəki qeyri-qanuni erməni silahlı birləşmələrindən müsadirə edilmiş silahların, hərbi texnikanın, atıcı silahların və döyüş sursatlarının hesablanması başa çatıb. Bu barədə Rusiya Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda deyilir.
“92 ədəd zirehli texnika, 142 ədəd avtomobil texnikası, 124 ədəd hava hücumundan müdafiə texnikası, 112 ədəd səhra artilleriya qurğusu, reaktiv yaylım atəşi sistemi və minaatan, 1 ədəd PUA, 7 min ədəddən çox atıcı silah və tank əleyhinə vasitə, təxminən 66,1 milyon sursat təhvil verilib”, - deyə nazirliyin Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətinə dair informasiya bülletenində bildirilir.
Silah, hərbi texnika və sursat anbarlarının mühafizəsi Rusiya-Azərbaycan birgə mühafizə postları tərəfindən təşkil edilib.
Qeyd olunub ki, son 24 saat ərzində Əsgəran rayonunda Rusiya sülhməramlılarının bir müşahidə məntəqəsi bağlanıb.*
Xəbərlər şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət