Prezident İlham Əliyev hesab edir ki, Ermənistanla sülh müqaviləsinin imzalanması Cənubi Qafqazda yeni siyasi vəziyyətin yaranmasına və Bakı-Tbilisi-İrəvan formatında əməkdaşlığın qurulmasına imkan verəcək.
“Cənubi Qafqazda sülh hələ tam bərqərar olmayıb. İndi bunun vaxtı gəlib çatıb. Biz Gürcüstanla ölkələrimizin ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləmişik. Ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır”, - deyə Əliyev oktyabrın 8-də Tbilisidə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatında bildirib.
O vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansa, Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq.
“Region ölkələri üçtərəfli formatda əməkdaşlığa başlaya biləcək. İndi məqam gəlib çatıb. Bu şansı əldən vermək böyük səhv olar”, - deyə prezident əlavə edib.
Əliyev hesab edir ki, Bakı, Tbilisi və İrəvan nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu sahələrində üçtərəfli əməkdaşlıq qura bilər.
Ermənistanla sülh müqaviləsi ilə bağlı vəziyyətə toxunan dövlət başçısı vurğulayıb ki, “indi bu istiqamətdə fəal çalışmaq lazımdır”. O, tərəflərin bununla bağlı nəticə əldə edəcəyinə ümidvar olduğunu deyib.*
V.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət