Prezident İlham Əliyev Bakı və Tbilisinin enerji və nəqliyyat sahələrində əməkdaşlıqla bağlı çox böyük planlarının olduğunu bəyan edib.
Dövlət başçısı oktyabrın 8-də Tbilisidə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatla çıxışı zamanı vurğulayıb ki, artıq bu sahələrdə böyük uğurlar əldə edilib və “həm enerji, həm də nəqliyyat sahəsində çox böyük planlarımız var”.
“Bizim birgə həyata keçirdiyimiz enerji və nəqliyyat layihələri bu gün bir çox ölkənin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir. O ki qaldı, gələcək planlarımıza, burada da əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik var. Biz Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında böyük məmnuniyyətlə iştirak edə bilərik”, - deyə Əliyev qeyd edib.
Prezident Gürcüstanın baş naziri ilə görüşdə Anakliya limanının inşası ilə bağlı fikir mübadiləsinin aparıldığını vurğulayıb.
“Bildiyiniz kimi, Azərbaycanın Gürcüstanın Qara dəniz sahilində Kulevi limanı var, o limanın genişləndirilməsi, əlbəttə ki, əməkdaşlığımızı daha da gücləndirəcək. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması, əlbəttə ki, Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək”, - deyə Əliyev əlavə edib.*
V.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət