Rusiya Prezidenti Vladimir Putin Azərbaycan lideri İlham Əliyevə nümayəndə heyətlərinin iştirakı ilə danışıqlardan sonra məsələlərin bütün kompleksini, o cümlədən həssas məsələləri müzakirə etmək üçün üz-üzə söhbət etməyi təklif edib.
Putinlə Əliyev arasında görüş hər iki liderin oktyabrın 13-də keçiriləcək MDB sammitində iştirak etmək üçün səfərə gəldiyi Qırğızıstanda keçirilir. Danışıqlarda hər iki ölkənin nümayəndə heyətləri iştirak edir.
Görüşün əvvəlində Rusiya Prezidenti xatırladıb ki, azərbaycanlı həmkarı ilə bu yaxınlarda telefonla danışıb. Putin dəqiqləşdirib ki, onlar görüşdə Qarabağ ətrafındakı vəziyyətlə bağlı məsələlərə diqqət ayıracaqlar.
“Bir nömrəli məsələ Qarabağ ətrafındakı vəziyyətdir. Bizim başqa gündəliyimiz də var, o, kifayət qədər genişdir. Təklif edirəm ki, işimizi aşağıdakı kimi quraq: onda biz ikinci hissədən başlaya bilərik, həmkarlarımıza öz fikirlərini söyləməyə, danışmağa imkan verək. Sonra bir daha üz-üzə qalaq və söhbət edək, məsələlərin bütün kompleksi, o cümlədən belə desək, həssas məsələlər üzrə danışaq”, - deyə Rusiya Prezidenti təklif edib.
Əliyev rusiyalı həmkarının təklifini dəstəkləyib. “Sevindirici haldır ki, Siz Qırğızıstana dövlət səfəriniz çərçivəsində görüşmək üçün vaxt tapdınız. Hesab edirəm ki, Sizin təklifiniz tamamilə məntiqlidir”, - deyə Azərbaycan Prezidenti bildirib.
O qeyd edib ki, onlar həmkarlarla ikitərəfli gündəliyi müzakirə edəcəklər.
“Həm də bizim danışmağa mövzularımız çoxdur. Bu ilin həm əmtəə dövriyyəsi, həm sənaye kooperasiyası, həm də nəqliyyat sahəsində əməkdaşlıq üzrə nəticələri olduqca yaxşıdır. Çoxlu layihələr var. Sonra isə regional mövzulara və təhlükəsizlik məsələlərinə keçərik”, - deyə Əliyev əlavə edib.
Rusiya tərəfdən danışıqlarda xarici işlər naziri Sergey Lavrov, baş nazirin müavini Aleksey Overçuk, prezidentin köməkçisi Yuri Uşakov, iqtisadi inkişaf naziri Maksim Reşetnikov, müdafiə nazirinin müavini Aleksandr Fomin, Azərbaycan tərəfdən isə baş nazirin müavini Şahin Mustafayev, xarici işlər naziri Ceyhun Bayramov, prezidentin köməkçisi Hikmət Hacıyev, müdafiə naziri Zakir Həsənov və iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak ediblər.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət