Almaniya və Aİ Azərbaycanla Ermənistana münasibətlərin normallaşdırılması məsələsində bundan sonra da dəstək verməyə hazırdır. Bunu Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok bu gün azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
“Bölgədə sülhə ehtiyac var, bu, həm Azərbaycanın, həm də Ermənistanın marağındadır. Almaniya və Aİ hər iki ölkəni münasibətlərin normallaşdırılması məsələsində dəstəkləməyə hazırdır”, - deyə Berbok bildirib.
O əlavə edib ki, Almaniya Azərbaycanın ərazi bütövlüyünü hər zaman tanıyıb və Qarabağı Azərbaycanın ərazisi hesab edir.
Almaniya XİN başçısı vurğulayıb ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası kifayət qədər mürəkkəb prosesdir.
Berbok əlavə edib ki, Almaniya minatəmizləmə məsələsində Azərbaycana kömək etməyə hazırdır və Bakıya müvafiq layihə təklif edib.
O, Bakıda keçirdiyi görüşlərin nəticələrindən razı qaldığını diqqətə çatdırıb.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət