BOKT “Embafinans” QSC 1 milyon manatlıq istiqrazlar yerləşdirməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından (BFB) məlumat verilib.
Oktyabrda BOKT “Embafinans” QSC-nin istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Emissiya hər birinin nominal dəyəri 1000 manat olan 1000 ədəd istiqraza bölünüb.
İstiqrazların tədavül müddəti 18 ay, illik faiz dərəcəsi 11%-dir (kupon faizlərinin ödəniş müddəti hər üç təqvim ayından bir həyata keçiriləcək).
“Embafinans” istiqrazların yerləşdirilməsindən cəlb etdiyi vəsaiti kredit portfelinin genişləndirilməsinə yönəldəcək.
Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital” QSC-dir.
Hazırda BOKT-un 5,5 milyon manatlıq istiqrazları tədavüldədir.
“Embafinans” BOKT 2012-ci ildə yaradılıb. Cəmiyyətin səhmdarları 2 fiziki şəxsdir, nizamnamə kapitalı 10 milyon manata bərabərdir. BOKT riteyl və mikrokreditləşmə seqmentində fəaliyyət göstərir və 2022-ci ilin sonuna bazarda payı 10%-dir. 2023-cü il iyunun 30-na “Embafinans”ın aktivləri 56,7 milyon manata, kredit portfeli 52,1 milyon manata, öhdəlikləri 41,3 milyon manata bərabərdir. 2023-cü ilin 6 ayı ərzində BOKT-un xalis mənfəəti 2,6 milyon manat təşkil edib. “Embafinans” 2012-ci ildən indiyədək 460 milyon manat məbləğində kredit verib, vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 0,7%-dir.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət