Ermənistan hökuməti cümə axşamı keçirilən iclasda Ermənistan və Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların iclasların və görüşlərin təşkili və keçirilməsinin iş qaydasını təsdiqləyib, növbəti mərhələdə sənədin məzmununa dair iş qaydası hazırlanacaq.
«Biz bu qərarla Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının iclaslarının və iş görüşlərinin təşkili və keçirilməsinin iş qaydasını təsdiq edirik», - Ermənistan baş nazirinin müavini, komissiyanın rəhbəri Mqer Qriqoryan hökumətin icasında bildirib.
Onun sözlərinə görə, növbəti mərhələdə məzmunla bağlı iş qaydası hazırlanacaq.
"Məsələn, dəqiqləşdirilməlidir ki, biz “xəritə” və “hüquqi önəm daşıyan sənəd” terminləri altında nə başa düşürük. Metodologiya razılaşdırıldıqdan sonra iş topoqrafik xəritələrin, sənədlərin, onların qiymətləndirmələrinin müzakirəsi istiqamətində davam edəcək", - Qriqoryan bildirib.
O qeyd edib ki, cümə axşamı Azərbaycan tərəfi də analoji qərar qəbul edəcək.
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, «Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası prosesi ilk dəfə institusional əsasa qoyulur ki, bu da çox vacibdir».
«Bu prosesi aktivləşdirmək və bu istiqamətdə irəliləyiş əldə etməyə dair anlayış var», - Paşinyan bildirib.
Noyabrın 30-da Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan iki ölkənin sərhədində keçirilən görüşdə delimitasiya məsələləri üzrə komissiyaların görüşlərinin keçirilməsinin intensivləşdirilməsi barədə razılığa gəliblər. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət