Bakı İrəvanla sülh müqaviləsi və münasibətlərin normallaşması üzrə birbaşa danışıqların tərəfdarıdır. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bəyan edib.
“Azərbaycan birbaşa sülh danışıqlarının (Ermənistanla - İF) tərəfdarıdır. Bu arada biz digər vasitəçilik səylərindən qaçmırıq”, - Hacıyev BBC telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, “vacib olan odur ki, Ermənistan və Azərbaycan bir araya gələrək sülh bağlamalıdır”.
“Sülh əldə edildikdən sonra hesab edirəm ki, digər ölkələr və tərəfdaşlar da bunu dəstəkləyə bilər", - Prezidentin köməkçisi əlavə edib.
Hacıyev vurğulayıb ki, son üç ay Ermənistan-Azərbaycan münasibətləri iki ölkənin müstəqilliyi tarixində ən sakit və ən dinc dövrlərdən biri hesab oluna bilər.
“Nisbi sülh təmin olunub, indi onu uzunmüddətli sülhə çevirməyin, o cümlədən sülh müqaviləsinin imzalanmağın vaxtıdır. Azərbaycan regionda sülh gündəmini dəstəkləyir", - Hacıyev əlavə edib.**
R.Kərimov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət