Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib ki, Bakı yaxın vaxtlarda İrəvanla sülh sazişi layihəsi üzrə danışıqların növbəti mərhələsinin keçiriləcəyinə ümid edir.
Onun sözlərinə görə, son altı ay ərzində müxtəlif səbəblərdən danışıqlar aparılmayıb, “çünki tərəflərin sözdə vasitəçilərə, yəni danışıqların aparılmasına kömək edən tərəflərə sualları var idi".
“Ümid edirik ki, danışıqların növbəti mərhələsi tezliklə baş tutacaq və yeri gəlmişkən, Azərbaycan tərəfindən hazırlanmış və ilk dəfə bir ildən bir az əvvəl Ermənistana təqdim olunmuş sülh sazişi layihəsinin müzakirəsi bərpa olunacaq”, - Əmirbəyov Estoniya İctimai Televiziyasına (ERR) verdiyi müsahibədə deyib.
O qeyd edib ki, asazişin mətni üzrə fiziki danışıqlar aparılmadığı halda, iki tərəf arasında layihələrin mübadiləsi davam etdirilir, “yəni hər bir tərəf bu sazişin növbəti layihəsinə öz şərhlərini və düzəlişlərini təqdim edir”.
“Biz və təkcə biz deyil, ümid edirik ki, Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdikdən sonra danışıqlar yolunda irəliləyişə nail olmaq şansları xeyli artıb”. Çünki bir günlük antiterror əməliyyatı nəticəsində (19-20 sentyabr 2023-cü il - İF-Az) sülh yolunda ən əsas maneəni, yəni Ermənistan silahlı qüvvələrinin ərazimizdə qanunsuz hərbi mövcudluğunu aradan qaldıra bildi, – Əmirbəyov diqqət yetirib. - İndi 15 000 hərbçi ərazimizi tərk etdikdən sonra bu mövzu artıq aktual deyil. Buna görə də indi sülh sazişinin hələ də açıq qalan hissələrinin razılaşdırılmasını başa çatdırmalıyıq".
O əlavə edib ki, «biz bu gün deyirik ki, bəli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, lakin eyni zamanda münaqişənin bitməsini hüquqi şəkildə rəsmiləşdirmək üçün sülh sazişi bağlamağın vaxtı çatıb».
"Yəgin ki, bu, iki dövlətin sülh şəraitində birgə yaşaması üçün zəruri şərait yaradır. Bəlkə onlar yaxşı qonşu olacaqlar", - Əmirbəyov qeyd edib. **
İnformasiya şöbəsi
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət