Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqların davam etdiriləcəyinə ümid edir. Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bu gün İrəvanda yunanıstanlı həmkarı Yorqos Qerapetritislə birgə mətbuat konfransında deyib.
“Danışıqları davam etdirmək imkanının yaranacağına ümid edirik (...)”, - deyə o bildirib.
Mirzoyan xatırladıb ki, yanvar ayının əvvəlində İrəvan Bakıya sülh müqaviləsinin layihəsi ilə bağlı təkliflərə cavablarını təqdim edib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh bir sıra əsas prinsiplər üzərində qurulmalıdır, xüsusilə hər iki ölkə bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımalı, gələcəkdə sərhədlərin delimitasiyası prosesinin baş tutacağı dəqiq əsaslar olmalıdır.
Ermənistan XİN başçısı bildirib ki, sülh müqaviləsində regional iqtisadi kommunikasiyaların açılmasını nəzərdə tutan prinsip də öz əksini tapmalıdır.
“Biz kommunikasiyaların açılmasında maraqlıyıq, eyni zamanda, əminik ki, bu proses suverenlik, qarşılıqlılıq və bərabərlik prinsiplərinə əsaslanmalıdır”, - deyə Mirzoyan qeyd edib.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət