Rəsmi Bakı İranda həbs olunmuş Azərbaycan vətəndaşı Fərid Səfərlinin hüquq və mənafelərinin qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
“Ötən il martın 4-də İranda həbs olunmuş Azərbaycan vətəndaşı Fərid Səfərlinin həbsindən və onun barəsində məhkəmə qərarı verildikdən sonra F.Səfərlinin valideyni oğlunun durumundan narahatlıq ifadə edib, məsələ ilə bağlı Azərbaycanın dövlət qurumlarına yardım üçün müraciət ünvanlayıb”, - deyə o bildirib.
A.Hacızadənin sözlərinə görə, Xarici İşlər Nazirliyinin 2023-cü il 9 mart, 2 iyun və 2 avqust tarixli mətbuat açıqlamalarında qeyd olunduğu kimi, F.Səfərli barəsində məlumat daxil olan gündən vətəndaşın aqibətinin və sağlamlıq vəziyyətinin öyrənilməsi, İran tərəfindən məsələyə aydınlıq gətirilməsi, vətəndaşın məhkəmə-prosessual hüquqlarının qorunması, eləcə də vəkillə təmin olunması istiqamətində həm nazirlik, həm də ölkəmizin Təbriz şəhərindəki baş konsulluğu tərəfindən bütün mərhələlərdə müvafiq iş aparılıb.
“Ötən il iyulun 19-da keçirilmiş məhkəmə iclası zamanı F.Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəzlənib. Növbəti mərhələdə məhkəmənin qərarı ilə onun həbsi barəsində hökm 2 il yarım müddətinə tətbiq edilib. Bununla yanaşı, İranın Təbriz şəhərindəki Azərbaycanın baş konsulluğunun əməkdaşları F.Səfərli ilə həbsxanada mütəmadi olaraq görüşlər keçirir və onunla ailə üzvləri arasında telefon əlaqəsi yaradılır. F.Səfərlinin hüquq və mənafelərinin qorunması istiqamətində Azərbaycan Hökuməti tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir”, - deyə A.Hacızadə vurğulayıb.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət