Azərbaycan Rusiya ərazisində Ermənistanla sülh sazişi imzalamağa hazırdır, İrəvanın mövqeyi isə məlum deyil. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Bizim Qərb həmkarlarımızın sülh sazişinin (Azərbaycan və Ermənistan arasında – İF) yalnız onların ərazisində imzalanmasını istəmələri faktdır. Azərbaycanın sazişi münaqişənin dayandırılması səylərinin başladığı Rusiya ərazisində imzalamağa hazır olması da faktdır. İrəvanın buna nə qədər hazır olması mənə məlum deyil”, - deyə Lavrov bu gün illik mətbuat konfransında bildirib.
O, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üzrə danışıqlarda irəliləyişin olmadığını qeyd edib. Lavrov hesab edir ki, buna səbəb fəal şəkildə Qərb ölkələrinin məsləhətlərinə qulaq asan Ermənistanın mövqeyidir. “İrəvana kimin nə məsləhət verdiyini bilmirəm. Amma biz gördük ki, Avropa İttifaqı, Fransa, Almaniya və ABŞ Rusiya-Ermənistan-Azərbaycan prosesinin marşrutların açılması, sərhədlərin delimitasiyası və sülh sazişinin hazırlanması ilə nəticələndiyini anlayan kimi dərhal dəvətsiz bu proseslərə daxil olmağa başladılar”, - deyə Rusiya XİN başçısı vurğulayıb.
O əlavə edib ki, Avropa İttifaqı və ABŞ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasını Moskvanın iştirakı olmadan özünəməxsus şəkildə təşkil etmək istəyir.
Eyni zamanda, Lavrov “3+3” regional formatını perspektivli hesab edir. “Mənə elə gəlir ki, zamanla məhz bu format perspektivli olacaq, çünki hansısa qlobal geosiyasi konyunkturadan asılı deyil və hazırda Vaşinqtonun Brüsseldən olan həmkarları ilə inkişaf etdirdiyi hegemonluğun qorunub saxlanması uğrunda geosiyasi oyundan azaddır”, - deyə o vurğulayıb.*
Xəbərlər şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət