Rusiya Xarici İşlər Nazirliyi (XİN) fevralın 7-də Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı Qərb ölkələrinin və onların nəzarətində olan beynəlxalq strukturların qiymətləndirmələrini qərəzli adlandırıb.
“Rusiya tərəfi Azərbaycanda seçkilərin uğurla keçməsini alqışlayır və Azərbaycanla müttəfiqliyi və strateji tərəfdaşlığı daha da möhkəmləndirmək, beynəlxalq və regional məsələlər üzrə fəal birgə iş aparmaq əzmindədir”, - deyə Azərbaycanda növbədənkənar prezident seçkilərinin yekunlarına dair Rusiya XİN-in bəyanatında bildirilib.
RF XİN Azərbaycan Mərkəzi Seçki Komissiyasının məlumatına istinadən bildirib ki, hazırkı dövlət başçısı İlham Əliyev 92,12% səslə inamlı qələbə qazanıb, seçici fəallığı 76,73% olub. Ölkədə 6,5 milyon seçici üçün 6537 seçki məntəqəsi açılıb.
XİN xatırladıb ki, Azərbaycanda seçkiləri 790 beynəlxalq müşahidəçi izləyib. Rusiya Federasiyası Federal Məclis, MDB İcraiyyə Komitəsi və Parlamanet Assambleyası, Şanxay Əməkdaşlıq Təşkilatı və ATƏT DTİHB-in xətti ilə 148 nümayəndə göndərib.
Bəyanatda seçki prosesinin gedişini müsbət qiymətləndirmiş MDB-nin baş katibi Sergey Lebedev, Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin və Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Can Minin fikirləri də yer alır.
“Bütün bunların fonunda Azərbaycanda prezident seçkilərinə əvvəlcədən həddən artıq qeyri-obyektiv köklənən və elektoral prosesin nüfuzdan salınması üzrə qabaqcadan əzbərlənmiş təlimatlar hazırlayan Qərb ölkələrinin və onlar tərəfindən nəzarət olunan beynəlxalq strukturların dəyərləndirmələri qeyri-obyektiv görünürdü”, - deyə bəyanatda qeyd olunur.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət