Qərbin sanksiyaları Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli təsir göstərib. Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsində deyib.
“Biz 2023-cü ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin $4 milyarda çatacağını proqnozlaşdırmışdıq. Ancaq yanıldıq. Bu rəqəm $4,4 milyard, artım isə 17% olub. Sanksiyalar münasibətlərimizin daha da sıxlaşmasına gətirib çıxardı, ölkələrimiz arasında sənaye kooperasiyasında çox ciddi layihələr həyata keçirilir”, - deyə səfir bildirib.
O vurğulayıb ki, 17 faizlik artım nəyinsə Azərbaycan vasitəsilə təkrar ixracı deyil, bunlar xüsusən sənaye kooperasiyası üzrə böyük layihələrdir.
“Qərbin sanksiyalarının nəticəsini göstərən başqa bir rəqəm də var. Bu ilin əvvəlində Rusiya və Azərbaycanın milli valyutalarından (rubl və manat) istifadə 54%-i ötüb, yəni biz Bakı ilə münasibətlərimizdə dollar və avrodan uzaqlaşırıq”, - deyə diplomat bildirib.
“İndi ticarət-iqtisadi münasibətlərimizin yeni reallıqlara uyğunlaşmasından sonra Rusiya biznesinin daha çox nümayəndəsi şərqə, cənuba üz tutur və müstəqillik illərində Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş, çox güclü, sabit dövlətə çevrilib. Eyni zamanda, Azərbaycan biznesi Rusiya ilə iqtisadi əlaqələrdə yeni imkanlara çox səmərəli və tez reaksiya verir”, - deyə Yevdokimov qeyd edib.*
Xəbərlər şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət