Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Münxendə Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı daha öncə Praqa və Brüsseldə əldə edilmiş razılaşmalara sadiqlik təsdiqlənib.
"Vacib məsələ var idi. (...) Tərəflər daha əvvəl Praqa və Brüsseldə əldə edilmiş razılaşmaları təsdiqləyirlərmi (1991-ci il Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünün tanınması və sərhədlərin delimitasiyası və demarkasiyası - İF). Əslində, bu görüşün əsas təsbiti budur ki, tərəflər bu razılaşmalara sadiqdirlər", - Paşinyan Münxenin erməni icmasının nümayəndələri ilə görüşdə bildirib.
O qeyd edib ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri tezliklə görüşəcəklər, bundan sonra delimitasiya komissiyalarının görüşü keçiriləcək.
"Xarici işlər nazirlərinin görüşü sülh müqaviləsinin mətninin müzakirəsi və razılaşdırılması ilə bağlı olmalıdır. Müqavilənin bir sıra maddəsi razılaşdırılıb, prinsipial əhəmiyyət kəsb edən bir sıra maddələr hələ razılaşdırılmayıb. Bu istiqamətdə işlər görülməlidir. Biz bu işi həyata keçirəcəyimizə dair razılığa gəldik", - Paşinyan deyib. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət