2023-cü ildə Azərbaycan ilə RF arasında rekord $4,4 milyarda çatan ticarət dövriyyəsinin bu il qeyd olunan göstəricini keçmək üçün bütün şansları var. Bu barədə Azərbaycan Respublikası baş nazirinin müavini ŞahinMustafayevməlumat verib.
“2023-cü ildə ticarət dövriyyəmiz mühüm dərəcədə artaraq rekord rəqəmə - təxminən $4,4 milyarda çatıb. Cari ilin yekunları üzrə daha yüksək göstəricilər əldə etməyi ümid edirik”, - Mustafayev çərşənbə günü Minvodıda kçeirilən Azərbaycan-Rusiya Regionlararası Forumunda bildirib.
Onun sözlərinə görə, son illərdə əməkdaşlığın demək olar ki, bütün istiqamətləri üzrə ciddi irəliləyiş əldə etmək mümkün olub - investisiya əməkdaşlığı, sənaye kooperasiyası və nəqliyyat-enerji, aqrar, mədəni-humanitar və bir çox digər sahələrdə.
"Investisiya sahələrində qarşılıqlı əlaqəni xüsusi qeyd etmək istəyirəm. Azərbaycan Rusiya iqtisadiyyatına $1 milyarddan çox sərmayə qoyub, Rusiya isə Azərbaycan iqtisadiyyatına $8,7 milyarddan çox sərmayə qoyub. Hazırda Azərbaycanda Rusiyanın iştirakı ilə böyük investisiya layihələri paketi həyata keçirilir", - Mustafayev qeyd edib.
O dəqiqləşdirib ki, ötən ilin iyun ayında Cəbrayıl rayonunda «KAMAZ»ın iştirakı ilə yaradılmış yük avtomobilləri və kənd təsərrüfatı texnikası üçün xidmət mərkəzi açılıb. "Əlamətdar layihələr arasında «KAMAZ» və “Ural” yük avtomobillərinin istehsalı və yığılması üzrə layihələri də qeyd etmək olar. Bu gün "Şəki Şərab" müəssisəsinə ("Abrau-Dürso" şirkətinin layihəsi - İF) investisiya qoyulması layihəsi həyata keçirilir", - Mustafayev bildirib.
O qeyd edib ki, Azərbaycan şirkətləri də Rusiya iqtisadiyyatına fəal investisiya yatırır. Onların layihələri sırasına Yessentuki şəhərindəki «İstiçnik» sanatoriya-turizm mərkəzi, Krasnodarda meyvə-tərəvəz konservləri və çay istehsal edən zavod, Kislovodskda sanatoriya-mehmanxan kompleksinin tikintisi daxildir. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət