Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli razılaşmalarda nəzərdə tutulmuş məsələlərin həllində Moskva kömək etməyə hazırdır. Bu barədə RF XİN başçısı Sergey Lavrov Antalya Diplomatik Forumun yekunlarına dair mətbuat konfransında bildirib.
"Azərbaycanlı həmkarlarımızla müntəzəm dialoqumuz var. Onlar Rusiya, Azərbaycan və Ermənistan arasında ən yüksək səviyyədə qəbul edilmiş üçtərəfli bəyanatlar seriyasına uyğun olaraq - bölgədəki bütün kommunikasiyaların açılmasına, həmçinin Rusiya Federasiyasının konsultativ köməyi ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasına və sülh müqaviləsinin hazırlanmasına dair bütün məsələləri həll etməyə hazır olduqlarını təsdiqləyirlər. Moskva bu məsələlərin həllində kömək etməyə hazırdır", - Lavrov deyib.
O qeyd edib ki, Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri bu yaxınlarda Azərbaycanın paytaxtına səfər edib. «Ermənistan paytaxtına səfərə gəldikdə, erməni həmkarları onu təsdiqləməyiblər», - nazir əlavə edib.
Lavrovun fikrincə, Ermənistan-Azərbaycan məsələsinin həllində irəliləyiş Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli razılaşmalarının nə qədər dürüst yerinə yetiriləcəyindən asılı olacaq.
«Ermənistan rəhbərliyinin gündəlik olaraq səsləndirdiyi bəyanatlar reallıqda nə baş verdiyini və praktik addımlarımızda bunu necə nəzərə alacağımızı düşünməyə vadar edir», - Lavrov qeyd edib. **
V.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət