Rusiya Azərbaycanla energetika, logistika və nəqliyyat sahələrində əməkdaşlığın inkişafında maraqlıdır. Bunu Rusiya Federasiyasının baş naziri Mixail Mişustin deyib.
“Biz dost Azərbaycanla dostluq və əməkdaşlığın möhkəmləndirilməsində maraqlıyıq”, - deyə Mişustin bu gün azərbaycanlı həmkarı Əli Əsədovla danışıqların əvvəlində bildirib.
Rusiyanın baş naziri ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsini və qarşılıqlı investisiyaların artırılmasını prioritet vəzifə adlandırıb. O, bir sıra istiqamətlərdə əməkdaşlığın inkişafında əhəmiyyətli potensialın olduğunu qeyd edib.
“Bu, yüksək texnologiyalar, innovasiyalar, enerji, sənaye, gəmiqayırma, kənd təsərrüfatı sahələridir. (...) Logistika və nəqliyyatı əsas istiqamətlərdən biri hesab edirik. (...) Enerji sahəsində əməkdaşlığımızı genişləndirmək üçün böyük imkanlarımız var. Söhbət cari layihələrdən və yeni perspektivli təşəbbüslərdən gedir”, - deyə Mişustin bildirib.
Öz növbəsində, Ə.Əsədov qeyd edib ki, dost ölkələrlə, o cümlədən RF ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətinin mühüm prioritetlərindən biri olaraq qalır.
“Biz Rusiya ilə mehriban qonşuluq münasibətlərini, qarşılıqlı faydalı əməkdaşlığı və strateji tərəfdaşlığı daha da möhkəmləndirmək və genişləndirmək niyyətindəyik”, - deyə Azərbaycanın baş naziri bildirib.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət