Azərbaycan Prezidenti İlham Əliyev hesab edir ki, enerji siyasəti əməkdaşlıq meydanı olmalıdır.
“Qaz ehtiyatlarımız bizə 100 il və daha çox müddətə bəs edər. Enerji siyasəti döyüş meydanına çevrilməməlidir, əməkdaşlıq meydanı olmalıdır”, - deyə İ.Əliyev çərşənbə axşamı XX Beynəlxalq Xəzər Neft-Qaz Sərgisinin açılış mərasimində çıxışında vurğulayıb.
Dövlət başçısı əsas müqavilələrin artıq imzalanmasına baxmayaraq, sərgiyə marağın azalmadığından məmnunluq ifadə edib.
“İlk sərgi zamanı Azərbaycan haqqında bu qədər məlumat olmayıb. Ola bisin ki, biz özümüz də bizi hansı gələcəyin gözlədiyini tam anlamırdıq”, - deyə o qeyd edib.
Prezident bildirib ki, Azərbaycan beynəlxalq əməkdaşlıq üçün gözəl məkandır.
“Əsrin müqaviləsi” dönüş nöqtəsi oldu. Onu əbəs yerə əsrin müqavilə adlandırmayıblar. Biz beynəlxalq əməkdaşlıq sahəsində böyük təcrübə topladıq. Neft sektorunun inkişafı digər sahələrin inkişafına təkan verib”, - deyə İ.Əliyev bildirib.
Prezident qeyd edib ki, Azətrbyacnın planlarının uğursuz olacağı barədə mənfi proqnozlar özünü doğrultmadı. “Şahdəniz” layihəsi olmadan regionun enerji təhlükəsizliyini təsəvvür etmək çətindir. Çünki enrji təhlükəsizliyi dedikdə, ilk növbədə qaz nəzərdə tutulur. Biz “Şahdəniz” layihəsinin ikinci mərhələsinin işlənməsinə yaxınıq”, - deyə dövlət başçısı vurğulayıb.
İ.Əliyev “BP” şirkətini Azərbaycanın strateji tərəfdaşı adlandırıb.
“20 il ərzində “BP” və SOCAR arasında gözəl münasibətlər qurulub. Bu strateji əməkdaşlıq ən azı daha 20 il davam edəcək”, - deyə Prezident bildirib.
Onun sözlərinə görə, TANAP (Trans-Anadolu boru kəməri) layihəsinin də böyük gələcəyi var.
“Şadam ki, bu məsələdə əsas maliyyə yükünü Azərbaycan öz üzərinə götürüb. Bu layihə “Cənub Enerji Dəhlizi”nin bir hissəsi, hətta ola bilsin ki, ən vacib hissəsidir”, - deyə dövlət başçısı vurğulayıb.
O qeyd edib ki, “Cənub Enerji Dəhlizi”nə dair çoxdan söhbətlər aparılır, onun gələcəyinə şübhə ilə yanaşılır. “Həqiqətən, problemlər mövcuddur, lakin uzunmüddətli müzakirələrdən başqa real işlər olmayıb. Biz anladıq ki, təşəbbüsü üzərimizə götürməsək, o zaman hələ uzun müddət müzakirələr davam edəcək. Biz vaxt itirə bilmərik, cünki zaman amili böyük rol oynayır”, - deyə Prezident bəyan edib.
Dövlət başçısının sözlərinə görə, böyük qaz ehtiyatları külli miqdarda investisiya yatırımı tələb edir.
Prezident “Cənub Enerji Dəhlizi”nin reallaşdırılmasına dair Avropa İttifaqı ilə sənədin imzalandığı xatırladıb. “Bu, geosiyasi əhəmiyyətə malik olan mühüm layihədir”, - deyə o bildirib.
İ.Əliyev bu cür sərgilərdə səsləndirilən ”Azərbaycanın təşəbbüslərinin böyük maraq doğurduğundan məmnunluq ifadə edib.
“Biz bu prosesin şəffaflığını təmin edə bildik. Dövlət Neft Fondu bu göstəricilər üzrə dünyanın digər ölkələrində belə strukturlardan fərqlənir”, - deyə İ.Əliyev qeyd edib.
Prezident vurğulayıb ki, neft gəlirləri ildən ilə artmaqda davam edir.
“Hesab edirəm ki, neftdən asılılğı nəzərə çarpacaq dərəcədə azalda bilmişik”, – deyə o bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda ÜDM daha çox qeyri-neft sektoru hesabına formalaşır. “Bu vəsaitlər İKT və digər sahələrin inkişafına yönəldilir”, - deyə o bildirib.
“Azərbaycan gələcəkdə də strateji tərəfdaşları ilə əməkdaşlığı davam etdirəcək. Ümid edirəm ki, gələn il sərgidə biz daha artıq şirkət görəcəyik”, - deyə İ.Əliyev bəyan edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət