Azərbaycan Moskva ilə Tbilisinin münasibətlərinin bərpa edilməsində fəal rol oynaya bilər. Bu barədə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Məkanı Tədqiqatlar Mərkəzinin direktoru Stanislav Çernyavski bəyan edib.
“Azərbaycan Gürcüstanda, ümumiyyətlə Qafqazda böyük nüfuza malikdir. Və əlbəttə, Azərbaycan Rusiya ilə Gürcüstanın münasibətlərinin bərpa edilməsində fəal kömək edə bilər”, - deyə o, Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının “Dəyişən dünyada Cənubi Qafqaz” forumunda 2008-ci ilin avqust hadisələrinə toxunaraq bildirib.
Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi başqaları ilə bərabər hadisələri müdrikcəsinə dəyərləndirərək bu münaqişənin davam etməsinə imkan vermədi və münaqişə vaxtında dayandırıldı.
“Və mən deməliyəm ki, fikrimcə, Rusiya bir çox problemlərin, o cümlədən Qafqazdakı problemlərin həllində hələ ki, Azərbaycan diplomatiyasının uğurlarından kifayət qədər istifadə etmir. Əgər Gürcüstanla münasibətləri doğrudan da yaxşılaşdırmaq və bərpa etmək niyyəti olsaydı, azərbaycanlı həmkarlara, Azərbaycan rəhbərliyinə müraciət etmək kifayət idi”, - deyə S.Çernyavski bildirib.
O, həmçinin Azərbaycan-Ermənistan münaqişəsinin həll edilməməsi ilə əlaqədar təəssüfləndiyini söyləyib.
“Təəssüf ki, işğal olunmuş Dağlıq Qarabağ və onun ətrafındakı Azərbaycan torpaqlarının qaytarılması məsələsini sülh yolu ilə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində həll etmək cəhdləri hələ ki, uğurla nəticələnməyib”, - deyə politoloq qeyd edib.
Onun sözlərinə görə, bu vəziyyət Bakını yüz minlərlə qaçqın və məcburi köçkünün yaşayış şəraitinin yaxşılaşdırılmasına külli-miqdarda vəsait sərf etməyə və hərbi xərcləri artırmağa sövq edir.
“Bütün bu vəsait təkcə Azərbaycanın deyil, qonşu dövlətlərin də rifahına sərf oluna bilərdi. Mən hesab edirəm ki, əgər Ermənistanla saziş imzalansaydı, bu sazişdən iqtisadi baxımdan udan tərəf Ermənistan olardı, çünki bu ölkə iqtisadi cəhətdən çox ağır vəziyyətdədir”,- deyə politoloq bildirib.
“Dağlıq Qarabağ probleminin nizamlanmaması bütün xalqın yaddaşında qanayan yara kimi qalmaqdadır. Və Ermənistanın status-kvonu saxlamaqla danışıqlar prosesini maksimal dərəcədə ləngitməsi ümidi əsassızdır. Bu vəziyyətdən ən yaxşı çıxış yolu Madrid prinsipləri çərçivəsində birinci mərhələdə artıq əldə edilmiş razılaşmaların reallaşdırılmasıdır ki, bu da qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtması və Dağlıq Qarabağda dağıntıların bərpa edilməsinə imkan verərdi”, - deyə rusiyalı diplomat qeyd edib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət