Rusiya Qarabağ münaqişəsinin nizamlanması prosesində mühüm rol oynayır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində Moskva Dövlət Universitetinin nəzdində Postsovet məkanının öyrənilməsi üzrə İnformasiya-Analitik Mərkəzin baş direktoru Yuliya Yakuşeva bəyan edib.
“Sıfira bərabər imkanlar” oyunu üslubunda düşünməyə dəyməz. Vasitəçi ölkələrin hər biri nizamlanma prosesinə töhfə verə bilər. Lakin Qarabağ münaqişəsinin nizamlanmasının ölkəmizin xarici siyasi prioritetlərindən biri olduğunu nəzərə alsaq, əlbəttə ki, Rusiyanın rolu çox böyükdür”, - deyə Y.Yakuşeva bildirib. Onun sözlərinə görə, “Rusiya Zaqafqazya regionunda sabitlyin təmin edilməsində obyektiv şəkildə maraqlıdır”.
Politoloq qeyd edib ki, Moskvanın Bakı və İrəvanla çox sıx əlaqələri var, bu səbəbdən onun regionda təsiri böyükdür. Bununla əlaqədar Moskvanın nizamlanma prosesində digər iki vasitəçi ölkədən daha əhəmiyyətli rol oynamaq cəhdi tamamilə qanunauyğundur.
“Öz növbəsində Azərbaycan və Ermənistan Rusiya prezidentinin vasitəçilik səylərinə etibar edirlər. Təsadüfi deyil ki, görüş Paris və ya Nyu-Yorkda deyil, Soçidə keçirilib. Qərblə gərgin münasibətlərə gəlincə isə, Qarabağ münaqişəsi birbaşa Moskvanın vasitəçiliyi ilə həll olunarsa, Aİ və ya ABŞ-ın buna əngəl törədəcəyini düşünmürəm”, - deyə Y.Yakuşeva hesab edir.
Müsahibənin tam mətni ilə www.interfax.az saytında tanış olmaq olar
F.Hüseynzadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət