2014-cü ilin sonuna qədər Azərbaycan, Gürcüstan və Türkiyə arasında qarşılıqlı elektrik enerjisi tədarükünə dair saziş imzalanacaq. Bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev bazar ertəsi Bakıda “Şərq Tərəfdaşlığı” ölkələrinin energetika nazirlərinin qeyri-formal görüşündə bəyan edib.
“Hazırda Azərbaycan özünün enerji təhlükəsizliyini tam təmin edir. 1993-cü ildən ölkədə böyük neft və qaz ehtiyatları aşkarlanıb, karbohidrogen ixracı üçün yeni marşrutlar çəkilib. Bu gün biz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın əsas rol oynadığı yeni dövrə qədəm qoymuşuq”,- deyə N.Əliyev bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin tədbirdən verdiyi xəbərə görə, nazir söyləyib ki, Azərbaycanda Cənub Qaz Dəhlizinin yeni konsepsiyası işlənib hazırlanıb və həyata keçirilir. Bu konsepsiya hasilat sahəsində (“Şahdəniz” qaz-konsdensat yatağının, “Ümid”, “Abşeron” qaz yataqlarının tam işlənməsi) nəqliyyat infrastrukturunun tikintisi sahəsində (TANAP və TAP kəmərlərinin çəkilməsi, Cənub Qafqaz boru kəməri magistralının genişləndirilməsi) layihələrin reallaşdırılmasını əhatə edir.
N.Əliyev, həmçinin qeyd edib ki, Bakıda keçirilən indiki görüşün əsas mövzusu karbohidrogen ixracı marşrutlarının şaxələndirilməsi və “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsi olacaq.
Öz növbəsində Avropa Komissiyasının vitse-prezidenti, energetika üzrə Avropa komissarı Günter Ettinger qeyd edib ki, dünyada baş verən siyasi hadisələr nəzərə alınmaqla, hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi əsas məsələlərdən biridir.
“Şərq Tərəfdaşlığı ölkələri bu istiqamətdə müəyyən uğurlar əldə ediblər. Bir sra layihələr artıq həyata keçirilir, lakin biz energetika sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlimizdən gələni əsirgəməməliyik”,- deyə G.Ettinger vurğulayıb.
Görüşdə Gürcüstan, Moldova, Ukrayna və Belarusun energetika nazirləri də iştirak edirlər.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət