2015-ci il martın 1-nə banklar və bank olmayan kredit təşkilatları tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 20 mlrd. 697,2 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 11,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2015-ci il martın əvvəlinə vaxtı keçmiş kredit qoyuluşlarının həcmi 1 mlrd. 138,2 mln. manat (artım 16,6%) və ya bütün kreditlərin 5,5%-ni təşkil edir.
Martın 1-nə dövlət payına malik olan banklar tərəfindən 7 mlrd. 438,7 mln. manat (artım 21,1%) və ya bütün kreditlərin 35,9%-i, özəl banklar tərəfindən 12 mlrd. 699,1 mln. manat (artım 7%) və ya bütün kreditlərin 61,4%-i həcmində kredit verilib. Qalan məbləğ bank olmayan kredit təşkilatlarının payına düşür.
Martın əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 12 mlrd. 319,4 mln. manat (azalma 8,8%) milli valyuta, 8 mlrd. 377,8 mln. manat (artım 66,3%) xarici valyuta ilə verilib.
Cari ilin mart ayının 1-nə olan vəziyyətə görə, bankların kredit qoyuluşlarının strukturunda 2 mlrd. 971,3 mln. manat (bütün kreditlərin 14,8%-i) ticarət və xidmət sahələrinin, 269,4 mln. manat (1,3%) energetika, kimya və təbii ehtiyatlar sektorunun, 936,4 mln. manat (4,8%) kənd təsərrüfatı və emal sahələrinin, 2 mlrd. 846,9 mln. manat (14,6%) tikinti və daşınmaz əmlak sahələrinin, 2 mlrd. 248,1 mln. manat (11,5%) sənaye və istehsal sektorunun, 831,8 mln. manat (4,3%) nəqliyyat və rabitə sahələrinin, 8 mlrd. 416,7 mln. manat (43%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət