“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Rusiyanın “Rossiya” milli televiziya kanalı ilə Avropa Oyunlarının Rusiya ərazisində həm ödənişsiz yayım şəbəkəsi, həm də kabel televiziyası vasitəsilə nümayişinə dair müqavilə imzalayıb. Bu barədə BEGOC-nin mətbuat xidmətindən məlumat verilib.
Bu müqavilər Rusiyanın 53 mln. ailəsinə Birinci Avropa Oyunlarını izləməyə imkan verəcək.
Gündəlik 10 saatlıq yayım vasitəsilə rus tamaşaçılar Bakıdakı idman tədbirini izləyə biləcəklər. Avropa Oyunları “Rossiya 2”, “Sport”, “Sport 1” və “Döyüş klubu” kanallarında yayımlanacaq. Eyni zamanda, Rusiyanın iki aparıcı idman veb səhifəsi - Vesti.ru və Sportbox.ru da Oyunların onlayn yayımını həyata keçirəcək.
“Mən Birinci Avropa Oyunlarının bu cür önəmli bazarda yayımına nail olmaq üçün “Rusiya” televiziya kanalı ilə razılıq əldə etməyimizdən məmnunam. Rusiya Olimpiya Komitəsi Bakıya 300-dən çox ən yaxşı idmançısını göndərəcək və bu ölkənin coşğulu idman ictimaiyyəti də “Rossiya” televiziya kanalı ilə qurduğumuz tərəfdaşlıq çərçivəsində bütün platformalar üzrə geniş yayımdan zövq alacaq”, - deyə BEGOC-nin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bəyan edib.
“Birinci Avropa Oyunları dünyanın ən irimiqyaslı idman tədbirlərindən biridir. Bir faktı da nəzərə almaq lazımdır ki, Avropa Oyunları 12 idman növü üzrə Rio 2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq imkanları verir. Eyni zamanda, bizim üçün milli komandamızın uğurlarını nümayiş etdirmək olduqca mühümdür. Rusiya Oyunlarda ən böyük yığma ilə təmsil olunacaq. Məhz buna görə də biz “Rəqəmsal televiziya” RTR paketinə daxil olan üç kanal vasitəsilə maksimum şəkildə bütün yarışların yayımını televiziya tamaşaçılarına təqdim etməyə hazırıq”, - deyə “Rusiya” televiziya kanalının İdman şöbəsinin rəhbəri Aleksandr Tasçin bildirib.
Birinci Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixlərində keçiriləcək. Oyunlar 20 idman növünü əhatə edəcək. Bunlardan 16-sı Olimpiya idman növü olacaq.
12 idman növü üzrə yarışlar 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq. Bunlar kamandan oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon idman növləridir. Yarışlarda 49 ölkədən 6 mindən çox idmançı iştirak edəcək. Yarışları 1 milyona yaxın tamaşaçının izləyəcəyi gözlənilir.
Avropa Oyunlarında 253 dəst medal uğrunda mübarizə aparılacaq.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət