Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) rus dili müəllimləri üçün illik metodik emalatxana öz işinə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə RİMM-dən məlumat verilib.
Tədbir ənənəvi olaraq xaricdə “Rus dili” proqramı çərçivəsində keçirilir.
İlk iclası “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov açıb. İclas iştirakçıları oktyabrın 31-də Misirdə təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Bir neçə gün ərzində Azərbaycanın müxtəlif təhsil müəssisələrində Moskva Şəhər Pedaqoji Universitetinin professoru Svetlana Aşurova, A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun dosenti, pedaqoji elmlər namizədi Natalya Litvinova, Moskva Şəhər Pedaqoji Universitetində laboratoriyanın elmi işçisi Larisa Atkina və Moskva Şəhər Pedaqoji Universitetinin psixologiya elmləri namizədi, Layihələrin idarə edilməsi kafedrasının dosenti Pavel Şevçenko mühazirələr oxuyacaq, ustad dərsləri keçəcək, məktəblərin rus dili və ədəbiyyatı müəllimləri ilə “dəyirmi masa” lar təşkil edəcəklər.
Moskvalı qonaqlar rus dili üzrə metodik ədəbiyyatın, sorğu kitabçalarının, lüğətlərin və bədii ədəbiyyatın sərgisini təşkil ediblər.
Bundan başqa, Xaçmaz şəhəri Z.Əliyeva adına 8 saylı texniki-humanitar və Bakıdakı 160 saylı klassik gimnaziyada da metodiki emalataxana tədbirləri təşkil olunacaq. Emalatxananın proqramında iştirak edən bütün azərbaycanlı mütəxəssislərə müvafiq sertifikatlar veriləcək.
Bu il “Rossotrudniçestvo” agentliyinin sifarişi və Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə Moskva şəhərinin “Açıq rus məktəbi” tərəfindən azərbaycanlı rus dili müəllimləri üçün illik metodik emalatxana təşkil edilib.
A.Zeydullayeva
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət