Azərbaycan miqrasiya proseslərinin idarə edilməsi və əməkçi miqrantlar probleminin həllinə böyük əhəmiyyət verir. Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bakıda BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Beynəlxalq Konvensiyanın 25 illiyinə həsr olunmuş büro iclasında çıxışı zamanı söyləyib.
“Azərbaycanda aparılan məqsədyönlü siyasət nəticəsində əcnəbi əməkçi miqrantlar və ölkənin əmək qabiliyyətinə malik vətəndaşları üçün bərabər şərait yaradılıb. Ölkəmizdə əməkçi miqrantların bütün hüquqları tamamilə təmin edilir”, - deyə nazir bildirib.
İclasın əvvəlində iştirakçılar “Günəşli” yatağında baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini yad ediblər. “Bildiyiniz kimi, bir neçə gün əvvəl təbii fəlakət nəticəsində “Günəşli” yatağında neft platformalarından birində faciə baş verib. 30-a yaxın neftçi həlak olub. Onlardan yeddi nəfərin cəsədi tapılıb. İtkin düşənlərin axtarışları davam etdirilir. 23 nəfər itkin düşmüş hesab edilir. Ölkə başçısının sərəncamı ilə dekabrın 6-da Azərbaycanda matəm elan edilib. Həlak olan neftçilərin xatirəsini bir dəqiqəlik sükutla yad etmənizi xahiş edirəm”,- deyə S.Müslümov qeyd edib.
Nazir miqrasiya probleminə toxunaraq qeyd edib ki, bu gün dünyada hər 35 nəfərdən biri və ya planet əhalisinin 3%-i beynəlxalq miqrant hesab edilir.
“Azərbaycan əməkçi miqrantlar üçün cəlbedici ölkədir. Bazar iqtisadiyyatı şəraitində sahibkarlığın inkişafı ölkəmizin prioritetlərindən biridir. Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi üçün hər cür şərait yaradılıb”, - deyə S.Müslümov qeyd edib.
Onun sözlərinə görə, ötən əsrin 90-cı illərinin əvvəllərindən Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal olunması nəticəsində 300 mindən çox iş yerinin itirilməsi də əhalinin xaricə miqrasiyasına təkan verən başlıca amillərdən biri idi.
“Bu gün ölkəmizə xarici ölkələrdən on minlərlə əməkçi miqrantlar gəlir. 2014-cü ildə ölkədə iş icazəsi əsasında işləyən əcnəbilərin sayı 12000 nəfər olmuşdur ki, bu da 2003-cü illə müqayisədə 6,6 dəfə çoxdur”, - deyə nazir söyləyib. S.Müslümov həmçinin Azərbaycanda multikulturalizm ənənələrinin və tolerantlıq mühitinin mövcud olmasının miqrantların ölkəmizə axınını stimullaşdıran amillərdən biri olduğunu vurğulayıb.
“Hazırda Azərbaycanda əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirilir. Bu istiqamətdə ölkədə ciddi islahatlar həyata keçirilib. Biz konvensiyadan irəli gələn müddəaların həyata keçirilməsinə xüsusi diqqət yetiririk”, - deyə o bildirib və Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığa maraqlı olduğunu vurğulayıb.
“Azərbaycan digər ölkələrlə əmək miqrasiyası məsələləri üzrə əməkdaşlığa maraq göstərir. Biz BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsi ilə sıx əməkdaşlıq edirik. Respublika azərbaycanlı miqrantların işlədiyi dövlətlərlə, eləcə də əmək miqrantlarının ölkələri ilə sıx əməkdaşlıq edir”, - deyə S.Müslümov qeyd edib.
Nazir həll olunması vacib olan problemlərdən də danışıb.
Tədbirdə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev, Dövlət Miqrasiya Xidmətinin sədri Firudin Nəbiyev və başqaları çıxış ediblər.
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət