Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan rəhbərliyini təmas xəttində gərginliyi artırmaqda ittiham edir.
“Son zamanlar Seyran Ohanyan və Serj Sarqsyan tandeminin cinayətkar fəaliyyəti nəticəsində cəbhə xəttində gərginlik son dərəcə artıb. Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində Ermənistan tərəfi böyük itkilər verib, bu itkilərə görə hərbi cinayətkarlar məsuliyyət daşıyırlar”, - deyə Müdafiə Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinin gərginliyin artma səbəbləri barədə sualına cavab olaraq bildirilib.
Nazirlik qeyd edir ki, Ermənistanın bəzi nümayəndələri Azərbaycanın ünvanına təhqiramiz ifadələr işlədərək ordumuzun tanklardan istifadə etməsini terrorçuluqla müqayisə ediblər.
Tanklardan istifadə olunması məsələsinə gəlincə, Müdafiə Nazirliyi bir daha bəyan edir: “Ermənistan tərəfinə dəfələrlə xəbərdarlıq edilib ki, atəş açılarsa, Azərbaycan ordusu daha güclü silahlardan istifadə etməklə cavab atəşi açacaq, düşmənin atəş nöqtələrini və hərbi obyektlərini məhv edəcək”.
“Hakimiyyətə terror yolu ilə gəlmiş şəxslərin qeyri-normativ leksikadan istifadə etməsi bizi təəccübləndirmir. Bu, bir daha onların fırıldaqçı iç üzlərini və tərbiyə səviyyəsini nümayiş etdirir”, - deyə nazirlikdən bildirilib.
B. Rüstəmbəyov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət