Rusiya Azərbaycanda rus dilinə qayğıkeş münasibəti yüksək qiymətləndirir. Bunu Rusiyanın Azərbaycandakı səfirliyinin baş müşaviri Arkadi Barkov çərşənbə günü Bakıda “Mədəniyyət vasitəsilə təhsil və təhsil vasitəsilə mədəniyyət” mövzusunda “dəyirmi masa”da çıxışı zamanı bildirib.
“ Biz Azərbaycanın rus dilinə münasibətini qiymətləndiririk. Bu, yalınız ölkə əhalisinin 70%-nin istifadə etdiyi ünsiyyət dili deyil”, - deyən A.Barkov əlavə edib ki, respublikada 11 min məktəbli və 17 min tələbə rus dilində təhsil alır.
“ Azərbaycanda rus dilində 50 adda qəzet buraxılır, 14 informasiya agentliyi fəaliyyət göstərir”, - deyə o qeyd edib.
Baş müşavirin sözlərinə görə, RF səfirliyi Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi ilə birlikdə Azərbaycan gənclərini təhsil almaq üçün Rusiyanın ali məktəblərinə göndərir ki, bu da iki ölkə arasında mədəni və humanitar əlaqələrin inkişafına töhfə verir.
“Azərbaycanda rus dilinə olan münasibət ölkələr arasındakı əlaqələrin genişlənəcəyinə ümid yaradır. Bakı Slavyan Universiteti ( BSU) bizim əlaqələrimizin inkişaf mərkəzidir, Rusiya ali məktəblərinin Bakıdakı filialları isə münasibətlərin yüksək səviyyədə olduğunu göstərir”,- deyə A.Barkov qeyd edib.
Tədbirdə çıxış edən Azərbaycan Rus İcmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin qeyd edib ki, BSU respublikada böyük nüfuza malik universitetdir. “Bu ali məktəbdən çıxan qiymətli kadrlar vətənin rifahı naminə çalışırlar və belə kadrlara ölkədə yüksək qiymət verilir”, - deyə M.Zabelin qeyd edib.
“Azərbaycanda rus dilinin tədris olunmadığı məktəb yoxdur. Bəzi məktəblərdə təhsil tam olaraq, bəzilərində qismən rus dilində aparılır, bəzi məktəblərdə isə rus dili xarici dil kimi tədris edilir”, - deyə o əlavə edib.
Moskva Beynəlxalq Əlaqələr Mərkəzinin baş direktoru İqor Tkaç Moskva hökumətinin naziri, Xarici iqtisadi məsələlər və beynəlxalq əlaqələr departamentinin rəhbəri Sergey Çeryominin müraciətini oxuyub. Müraciətdə rusiyalı həmvətənlərin təhsil almasının, rus dilinin xaricdə inkişaf etdirilməsinin və rusdilli diasporların dəstəklənməsinin vacibliyi qeyd edilib.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət