İsveçrənin Bern şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə paralel olaraq Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Dağlıq Qarabağa səfəri dünya birliyinə ismarıc xarakteri daşıyır. Politoloq Tofiq Abbasov belə hesab edir.
“Ohanyan Qarabağa sülh məqsədi ilə getməyib, o, Qarabağ hakimiyyətinin ixtiyarını əldə saxlamaq və gərginliyin azalmasına imkan verməmək üçün Qarabağa gedib. Dünya birliyində və vasitəçilərdə güzəşt variantlarının yaxın vaxtlarda mümkün olması barədə illüziyalara yol verməmək, həmçinin bu vəziyyətin S.Sarkisyan və onun komandasının “divara dirənməyincə” mümkün olmayacağı barədə ismarıc vermək üçün Qarabağa səfər edib”,- deyə T.Abbasov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Politoloqun sözlərinə görə, buna görə də Ermənistan rəhbərliyi hazırda ancaq obstruksiya ilə məşğul olur - bir söz deyir, başqa cür hərəkət edir, vasitəçilərə və dünya birliyinə Azərbaycanın atəşkəs rejimini pozduğunu və bununla da siyasi nizamlanma prosesinin bərpa olunmasına şərait yaratmadığnı nümayiş etdirmək üçün əlverişli imkan yaradır”.
“Buna görə də S.Sarkisyan və Edvar Nalbandyanın təmtəraqlı bəyanatlarına baxmayaraq, bu ölkənin müdafiə naziri Ohanyan Qarabağda cəbhə xəttinə gedib ki, ordunun əl- qolunun boşalmasına imkan verməsin. Onlar adət edildiyi kimi, vəziyyəti gərgin olaraq saxlayacaqlar. Bu, müntəzəm təxribatlar, döyüş qruplarının, təxribat briqadalarının soxulması, Azərbaycan mövqelərinin, həm də yalnız hərbi hissələrin deyil, dinc əhalinin atəşə tutulması şəklində özünü göstərəcək.
T.Abbasov iki ölkənin prezidentlərinin görüşünü şərh edərək qeyd edib ki, bu görüş üçün hər hansı zəmin yaradılmayıb.
“Məncə, bu görüşdə əsas məqsəd uzunmüddətli fasilədən sonra yenidən dövlət başçılarının görüşünün təşkil edilməsi idi. Bunun üçün hər hansı bir zəmin hazırlanmamışdı. Çünki işçi qruplar, prezidentlərin nümayəndələri də çoxdan görüşmürdülər, müzakirə, həll olunacaq hansısa iş, qarşılıqlı güzəştə gediləcək element yoxdur”,- deyə o söyləyib.
Politoloqun sözlərinə görə, bu görüş boşluğu doldurmaq və Qarabağ münaqişənin diqqətdə olduğunu nümayiş etdirmək istəyən vasitəçi ölkələrin sayəsində baş tutub.
“Buna görə görüşdə gərginliyin azaldılması, ağır silahlardan istifadədən imtina, insidentlərin araşdırılması mexanizminin yaradılması məsələləri öz əksini tapıb. Məqsəd ön cəbhədə emosiyaların artmasına imkan verməməkdir”,- deyə T.Abbasov bildirib.
Politoloq Ermənistan XİN başçısının Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə dair bəyanatında sensasiyaya səbəb olacaq bir məqam görmədiyini söyləyib. Ermənistanlı nazir bəyanatda bildirib ki, Bakının mövqeyi nə İrəvanın, nə də ATƏT-in Minsk qrupunun mövqeyi ilə üst-üstə düşür.
“Bu bəyanatda gözlənilməz və sensasiyaya səbəb olacaq heç nə yoxdur. Hazırda siyasi prosesin sistemli şəkildə məhv edilməsi trendi davam etdirilir. Yəni rəsmi İrəvan istəyir ki, bütün gücü ilə Qarabağ münaqişəsi düyününün açılması prosesini dalana dirəsin və kompromislər barədə heç bir söhbət olmasın”, - deyə politoloq qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan torpaqlarından çıxma S.Sarkisyan komandasının maraqlarına cavab vermir, S.Sarkisyan hakimiyyətə Qarabağ münaqişəsi dalğası ilə gəlib , o, özünə hesabat vermir ki, müharibə hələ başa çatmayıb, münaqişə davam edir.
“Ermənistan XİN-in səsləndirdiyi bəyanatlar rəsmi İrəvanın gerçək istəklərini ört-basdır etmək cəhdidir. Nə qədər xoşagəlməz olsa da, ölkə iqtisadiyyatının məhv olmasına, demoqrafik məsələnin pisləşməsinə baxmayaraq, danışıqlar prosesindən yayınmaq və üstünlüyü əldə saxlamaq – Rəsmi İrəvanın istəyi budur. Bununla da S.Sarkisyanın rəhbərlik etdiyi komanda ölkədə öz təsirini, kazarma rejimini qoruyub saxlamaq, xalqı qorxu altında saxlamaq istəyir. Buna görə də təhlükənin Azərbaycan tərəfindən gəldiyi barədə şayiələr yayırlar”, - deyə T.Abbasov qeyd edib.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət