Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında təmasların yaradılması münaqişənin həllinə töhfə verə bilər. Xarici işlər naziri Elmar Məmmədyarov belə hesab edir.
“Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində etimad quruculuğu tədbirləri və xalqlararası dialoqdan danışarkən biz dəfələrlə AzərbaycanınDağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında təmasların yaradılması barəsində israrlı mövqe nümayiş etdirmişik”, - deyə nazir yerli KİV-ə 2015-ci ilin yekunları ilə bağlı verdiyi müsahibəsində bildirib.
O vurğulayıb ki, bu kimi təmaslar gələcək birgə yaşayışın təmin edilməsi baxımdan mühüm zəmin yarada və özlüyündə qarşılıqlı etimadın yaranmasına xidmət edərək, münaqişənin həllinə töhfə verə bilər.
Nazirin sözlərinə görə, əvvəlki illərdə əslən Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olan azərbaycanlı mədəniyyət və incəsənət xadimlərinin erməni icması nümayəndələri ilə görüşləri keçirilib və qarşılıqlı səfərlər təşkil edilib. Amma bir-iki belə təşəbbüsdən sonra Ermənistan tərəfi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında təmasların münaqişənin həllinə verə biləcəyi müsbət töhfələrini nəzərə alaraq, bunun qarşısını almağa yönəlmiş siyasət yürütdü.
“Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının öz tarixi torpaqlarına qayıtmaq hüququnu inkar etmək məqsədilə bu kimi təmasların həyata keçirilməsinə mane olmağa çalışır. Bununla, əslində Ermənistan bu əraziləri işğal etdiyini, etnik təmizləmə həyata keçirdiyini və ilhaqçı siyasət yürütdüyünü bir daha təsdiq edir”, - deyə E.Məmmədyarov bəyan edib.
Onun fikrincə, digər tərəfdən, rəsmi Yerevan işğal nəticəsində tamamilə təcrid vəziyyətində saxladığı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının azərbaycanlı icması ilə təmaslar vasitəsilə Azərbaycana olan meylliyin artmasından və Azərbaycanın sərhədləri daxilində firavan birgəyaşayış modelinin qəbul edilməsindən ciddi şəkildə narahatdır.
“Münaqişənin həllinin vacib elementi kimi ATƏT-in Minsk Qrupunun həmsədrləri, Avropa İttifaqı və digər beynəlxalq təsisatlar Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında təmasları təşviq etməli və bu xüsusda Ermənistana təzyiq göstərilməlidir”, - deyə XİN başçısı vurğulayıb.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət