İrandan Gürcüstana təbii qazın nəqli mümkünlüyü Azərbaycanın Gürcüstanı qazla təmin etməyə dair öhdəliklərinə təsir göstərməyəcək. Bunu jurnalistlərə “SOCAR Energy Georgia” şirkətinin (ARDNŞ-in törəmə şirkəti) baş direktoru Mahir Məmmədov dünən söyləyib.
Onun sözlərinə görə, SOCAR Gürcüstanın təbii qaza artan tələbatını nəzərə alır və Azərbaycan Tbilisi ilə müqavilə çərçivəsində mövcud öhdəliklərini yerinə yetirir, gələcəkdə də tam olaraq yerinə yetirəcək.
“Gürcüstanda qaz bazarı hər il 8-10% artır və SOCAR bu artımı nəzərə alır”, - deyə M.Məmmədov qeyd edib.
Bununla yanaşı, o bildirib ki, əgər kommersiya bazarında qaz çatışmazlığı yaranarsa, Azərbaycan lazımi həcmdə qazla təmin edə bilər, çünki ölkə həm sosial, həm də kommersiya sektorunu təmin edir.
“Biz gündəlik rejimdə dostlarımz və tərəfdaşlarımzla əməkdaşlıq edir, məsləhətləşirik. Bizim daimi dialoqumuz var və hansı tərəfin nə istədiyini bilirik”, - deyə baş direktor qeyd edib.
Bazar ertəsi “Islamiс Republic News Agency” (IRNA) “National Iranian Gas Exports Co” dövlət korporasiyasının icraçı direktoru Əli Reza Kameliyə istinadən bildirib ki, İran Ermənistan ərazisindən keçməklə Gürcüstana qaz nəqlinin başlamasına dair danışıqlar aparır.
Məlumata əsasən, gündə 300 mln. kubfutdan 500 mln. kubfuta qədər qazın ixrac olunacağı gözlənilir, əsas istehlakçılar Gürcüstanın elektrik stansiyaları olacaq.
Bu məlumatı şərh edən Gürcüstan Energetika Nazirliyi bəyan edib ki, Gürcüstan İran və digər potensial qaz tədarükçüləri ilə ölkənin sabit qaz təchizatını təmin etmək üçün danışıqlar aparacaq.
“Hazırkı mərhələdə İran tərəfi ilə qaz tədarükünə dair konkret saziş əldə edilməyib və təbii qazın nəqli məsələsi həll olunmayıb. İran dünyada ən iri qaz istehsalçılarından biridir və təbii ki, Gürcüstan ölkənin uzunmüddətli perspektivdə sabit və fasiləsiz qaz təchizatını təmin etmək üçün regiondakı bütün potensial tədarükçülərlə danışıqları davam etdirəcək”, - deyə nazirliyin məlumatında qeyd edilir.
Hazırda Azərbaycan Gürcüstana əsas qaz tədarükçüsü kimi çıxış edir. Bundan başqa, respublika Ermənistana nəql edilən Rusiyaqazının ümumi həcminin 10%-nialır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət