Azərbaycan prezidenti İlham Əliyev Rusiyaya kənd təsərrüfatı məhsullarının ixrac həcminin artırılmasını zəruri hesab edir.
“Bizim kənd təsərrüfatı məhsullarının ixracı üçün ənənəvi bazarlarımız var, lakin yeni bazarlar da axtarmalıyıq. Bizim kənd təsərrüfatı məhsulları üçün əsas bazarımız Rusiyadır. Rusiyada bizim məhsullara indi daha çox tələbat var. Biz bu tələbatı təmin etməliyik və Rusiya bazarına daha da böyük məhsulla çıxmalıyıq”, - deyə İ.Əliyev ötən bazar günü Nazirlər Kabinetinin 2015-ci ilin yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunan geniş tərkibdə iclasda bildirib.
Dövlət başçısının çıxışı bazar ertəsi AzTV dövlət telekanalında yayımlanıb.
Onun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycan ərzaq məhsullarını Qazaxıstana da ixrac etməyə başlayacaq. “Yaxın Şərq ölkələri bizim məhsullarımızla maraqlanırlar. Səfərlər zamanı bu məsələ müzakirə edilir və biz bu bazarlara da çıxmalıyıq. Çünki bizim keyfiyyətli məhsullarımız böyük marağa səbəb olur. Bizim üçün isə əsas məsələ ənənəvi bazarlara daha böyük həcmlə çıxmaq və yeni bazarlara öz məhsullarımızı təqdim etməkdir”, - deyə o qeyd edib.
İ.Əliyev vurğulayıb ki, 2015-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının həcmində 6,6% artıma nail olunub. Bu, yaxşı göstəricidir, ancaq daxili istehsal hesabına tələbatın tam ödənilməsi məqsədilə kənd təsərrüfatı sektorunda islahatları dərinləşdirmək lazımdır. Məqsədimiz daxili istehsal hesabına özümüzü 100% təmin etmək və kənd təsərrüfatı məhsullarının ixracını artırmaqdır”, - deyə o bildirib.
Prezident əlavə edib ki, əkin sahələrini genişləndirmək, məhsuldarlığı artırmaq lazımdır.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət