Xocali soyqırımının hüquqi və siyasi qiymətləndirməsinin olmaması ikili standartların təzahürüdür. Bu barədə Azərbaycanın baş nazirinin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov bəyan edib.
“Xocalı soyqırımı Azərbaycanın tarixində ən qanlı səhifədir və ХХ əsrin son onilliyində dünyada ən qəddar faciələrdən biridir. Təəssüflə qeyd etmək lazımdır ki, bu soyqırıma indiyədək lazımi siyasi-hüquqi qiymət verilməyib”, - deyə Ə.Əhmədov Binəqədi rayon YAP təşkilatında Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan tədbirdə bildirib.
O qeyd edib ki, bu qanlı cinayətin müqəssirlərinin cəzalandırılmasına nail olmaq lazımdır.
“Biz çalışmalıyıq ki, dünya birliyi Xocalı soyqırımında günahkar olan şəxsləri cəzalandırsın. Bu soyqırımın bilavasitə törədilməsində iştirak edən, günahsız qadın, uşaq və ahılların qanlarını tökən şəxslərin bu gün Ermənistan hakimiyyətində olması faktı xüsusilə acı verir. Terrorçuluq və soyqırıma qarşı çıxış edən ölkə və dövlət başçılarının Xocalının günahsız sakinlərini qətlə yetirənləri mehribanlıqla qəbul etmələri təəssüf doğurur”, - deyə baş nazirin müavini vurğulayıb.
O, bunu ikili standartlar siyasətinin aydın şəkildə təzahürü adlandırıb.
“Dünya ikili standartlardan imtina etməyənə, bütün faciələrə, həmçinin Xocalıda baş verənlərə zəruri siyasi və hüquqi qiymət verilməyənə qədər dünyada ədalət və firavanlıq bərqərar olmayacaq, yeni faciələrin qarşısını almaq mümkün olmayacaq”, - deyə Ə.Əhmədov bəyan edib.
Onun sözlərinə görə, Xocalı soyqırımının törədilməsində günahkar olan şəxslərin vaxtında cəzalandırılması yeni faciələrin qarşısını almağa imkan verərdi.
“Artıq Xocalı soyqırımından sonra Balkan yarımadasında, indi də Yaxın Şərqdə faciələr baş verir. Əlbəttə, bir faciəyə lazımi qiymət verilmədikdə və günahkarlar qanun qarşısında cavab vermədikdə, bu, təbii ki, müasir tarixdə baş verdiyi kimi, yeni faciələrə yol açır. Dünya dövlətləri gələcəkdə bu hadisələrin təkrar baş verməməsi üçün həmin faciələrdən dərs almalıdır”, - deyə Ə.Əhmədov bildirib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət