ATƏT-in Minsk qrupunun tam formatda fəaliyyət göstərməsi beynəlxalq ictimaiyyətin Ermənistana əlavə təzyiq göstərməsinə və Ermənistan-Azərbaycan münaqişəsinin həqiqətən nizamlanmasına səbəb ola bilər. Xarici işlər nazirinin müavini Araz Əzimov belə hesab edir.
“ATƏT-in Minsk qrupu 1995-ci ildən ümumiyyətlə fəaliyyət göstərmir. Azərbaycanın əsas tələblərindən biri ATƏT-in Minsk qrupunun tam formatda fəaliyyətinin bərpa edilməsidir, çünki onun belə naqis formatda qalması prosesin effektivliyinə kömək etmir. ATƏT-in Minsk qrupunun tam formatda fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana əlavə təzyiq vasitəsi ola ola bilər”, - deyə A.Əzimov ANS telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun tam tərkibdə görüşləri 1995-1996-cı illərdə keçirilib.
“ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətinin arzusu əsasında Minsk qrupunun tam tərkibdə görüşlərinin keçirilməsi bir kənara qoyuldu. Hesab edirəm ki, ATƏT-in Minsk qrupunun tərkibində Almaniya, Türkiyə, İsveçrə kimi dövlətlərin fəaliyyəti və rolu daha da effektiv ola bilərdi”,- deyə nazir müavini qeyd edib.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun 3 həmsədr dövlətlərinin iştirakı ilə keçirilən görüş və müzakirələr daha çox Moskva, Vaşinqton və Parisin siyasi maraqlarına xidmət edir.
“Müəyyən dövrlərdə Rusiya və ABŞ arasında münasibətlər pozulanda və gərginləşmə müşahidə olunduqda biz bunu Minsk qrupu çərçivəsində də hiss edirik. Digər tərəfdən Ermənistan özünü rahat hiss etməyə başlayır, çünki beynəlxalq ictimaiyyətdə münaqişə barəsində daha az məlumat olur . Ermənistana daha az təzyiq göstərilir”,- deyə A. Əzimov qeyd edib.
O deyib ki, belə vəziyyət rəsmi Bakını qane etmir.
“Minsk qrupu unikal institutdur. Bizi onun prinsip və fəaliyyət metodları qane edir”,- deyən A.Əzimov əlavə edib ki, bu institutun fəaliyyəti BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş əraziləri üzrə qətnamələri və Helsinki yekun aktı ilə təsdiq edilib. Bütün bunlar Minsk qrupunun Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə sülh danışıqları çərçivəsində fəaliyyətinə hüquqi baza yaradır.
“Qərarların qəbul edilməsində konsensus prinsipi qüvvədə qaldığından buna Azərbaycanın maraqlarını müdafiə etmək üçün imkan kimi baxılır. Buna görə də Minsk qrupunun rolu və formatı dəyişilməz olaraq qalmalıdır”,- deyə A.Əzimov bildirib.
O, həmçinin söyləyib ki, ATƏT-in Minsk qrupunun həmsdr ölkələrinin fəaliyyəti bir qədər tənzimlənməlidir.
“Bizim həmsədr ölkələrin nümayəndələrinin fəaliyyətinə dair bir sra iradlarımız var ki, bunları bizim bəyanatlarımızdan bilirsiniz”,- deyə diplomat qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan dəfələrlə ATƏT-in Minsk qrupunun tam formatda çağırılması təklifi ilə çıxış edib və hazırda belə təklif Almaniya tərəfinə göndərilib.
“Almaniya hazırda ATƏT-in sədridir. Bu təklif Almaniyaya ünvanlandırılıb. Ümid edirəm, biz buna nail olacağıq”,- deyə A.Əzimov qeyd edib.
O, Moskva, Vaşinqton və Parisin tam formatda fəaliyyət göstərməsinə mane olduğunu təəssüflə qeyd edib.
“Onlar əlbəttə, öz siyasi təsir vasitələrindən istifadə edərək buna mane olmağa çalışırlar. Məsələn, 2012-ci ildə Azərbaycan Minsk prosesinin 20 illiyi ilə əlaqədar Minsk konfransının keçirilməsini təklif edib. Lakin bu konfransın keçirilməsinə imkan verilmədi. Türkiyə də daxil olmaqla bəzi ölkələrin bu təklifi dəstəkləməsinə baxmayaraq, bu təşəbbüsü həyata keçirmək mümkün olmadı”, - deyə A.Əzimov qeyd edib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət