Milli Məclis bu gün keçirilən plenar iclasda Muradxanlı, Cəfərli və Zərdab neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) sazişi ratifikasiya edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
Müqavilə 16 mart 2016-cı il tarixində SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) və “Zenit Aran Oil Company Limited” arasında imzalanıb. PSA-da tərəflərin pay bölgüsü 80% və 20% təşkil edir. Müqavilə 25 ilə nəzərdə tutulur.
Müqaviləyə əsasən, blok şərti olaraq bərpa və kəşfiyyat sahələrinə bölünür. Müqavilə qüvvəyəminmə tarixindən sonrakı 150 gün ərzində “Zenith Aran Oil Company Limited” blokun bərpası və hasilatı planının layihəsini hazırlayıb SOCAR-ın təsdiqinə təqdim etməlidir.
Saziş qüvvəyə minmə tarixindən etibarən neft-qaz əməliyyatlarının aparılması məqsədilə ştatın komplektləşdirilməsi prosesinə başlanır. Bununla belə, mühəndis-texniki işçilərin 70%-i və fəhlələrin 90%- Azərbaycan vətəndaşlarından ibarət olmalıdır. 5 il sonra bu nisbət müvafiq olaraq 90 və 95% təşkil etməlidir.
Müqavilə blokunun ümumi sahəsi 642,4 kv. metr təşkil edir. Hazırda yataqlar blokunda sutkalıq neft hasilatı 350 barrel təşkil edir. Həmçinin blokda təsərrüfat və istehsalat ehtiyacları üçün istifadə edilən kiçik həcmdə qaz hasil edilir.
“Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqları İmişli rayonu ərazisində yerləşir. “Muradxanlı” yatağı 1971-ci, “Cəfərli” yatağı 1984-cü, “Zərdab” yatağı 1981-ci ildə açılıb.
Blokun qalıq ehtiyatları 1,8 mln. ton neft və 36 mln. kubmetr qaz səviyyəsində qiymətləndirilir. Hazırda blokda 77 quyu istismar edilir. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət