Kiyev və Bakı bu gün “An-178” təyyarələrinin Azərbaycanda yığılması imkanlarını müzakirə edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Ukraynanın baş nazirinin müavini, Ukrayna-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Gennadi Zubko məlumat verib.
«Söhbət Azərbaycan ərazisində “An-178” təyyarələrinin yığılmasının təşkili üçün müəssisələrin yaradılması məqsədilə əlaqələrin qurulması imkanından gedir», - deyə G.Zubko bildirib.
Onun sözlərinə görə, bu məsələ Bakıda hökumətlərarası komissiyanın iclası çərçivəsində müzakirə olunacaq.
G.Zubko əlavə edib ki, iqtisadiyyatın yüksək texnoloji sahələrində əməkdaşlıq həmçinin “Antonov” şirkəti ilə Azərbaycan arasında tədarük haqqında müqavilənin artıq imzalandığı təyyarələrin tədarükünü nəzərdə tutur.
Bundan başqa, tərəflər vertolyotlara xidmət göstərilməsi ilə bağlı məsələləri müzakirə etmək niyyətindədirlər.
Daha əvvəl "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov bildirmişdi ki, "An-178" tipli təyyarələrin Azərbaycan ərazisində yığılmasının təşkili məsələsi hökumət səviyyəsində nəzərdən keçirilir. Azərbaycan bu tipli təyyarələrin yığılmasında çox maraqlıdır.
2015-ci ilin may ayında Ukraynanın “Antonov” dövlət şirkəti ilə Azərbaycanın “Silk Way Airlines” şirkəti arasında Ukraynda 10 ədəd “An-178” təyyarəsinin yığılması və Azərbaycana tədarükü haqqında müqavilə imzalanıb. Müqavilənin şərtlərinə görə, ilk iki təyyarə 2018-ci ilin sonunadək, daha 8 təyyarə isə tərəflərin razılığı ilə tədarük olunmalıdır.
"Ümid edirik ki, birinci təyyarəni alacağımız 2018-ci ilin ortalarınadək istehsal gücləri artıq hazır olacaq (“Аn-178” təyyarələrinin Azərbaycan ərazisində yığılması üçün - İF)”, - deyə C.Əsgərov qeyd edib.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət