Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü İsmayıllı rayonun asəfər çərçivəsində bir sıra sosial-sənaye obyektlərin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Belə ki, İ.Əliyev “İsmayıllı-2” Su Elektrik Stansiyasının açılışında iştirak edib. Prezidentə məlumat verilib ki, “İsmayıllı-1” Su Elektrik Stansiyasının aşağı byefindən çıxan təmizlənmiş su “İsmayıllı-2” Su Elektrik Stansiyasına daxil olacaq. İsmayıllı su elektrik stansiyası ümumi gücü 3,2 meqavat olan su elektrik stansiyaları silsiləsini təşkil edəcək.
İ.Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsmayıllıda əsaslı şəkildə yenidən qurulan 140 nəfərlik körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub. Uşaq bağçasının əsaslı şəkildə yenidən qurulmasına 2015-ci ilin əvvəlindən başlanılıb.
Prezident əsaslı şəkildə yenidən qurulan Qaraməryəm-İsmayıllı avtomobil yolunun açılışında iştirak edib. Diqqətə çatdırıldı ki, yolun əsaslı şəkildə təmir olunması İsmayıllı və Göyçay rayonlarının 30-dan çox yaşayış məntəqəsinin 27 mindən artıq əhalisinin gediş-gəlişini xeyli asanlaşdıracaq. Bundan başqa, Bakı-Şamaxı-Yevlax, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yollarına maneəsiz şəkildə çıxışı təmin edəcək və regionun turizm sektoruna müsbət təsir göstərəcək. Təmir işləri zamanı avtomobil yolunun hərəkət hissəsinin eni 6 metrdən 7 metrə qədər genişləndirilib. İki körpü inşa edilib.
İ.Əliyev həmçinin İsmayıllı rayonundakı Olimpiya İdman Kompleksində əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub. Burada süni örtüklü futbol meydançası, tennis kortu, ikimərtəbəli dörd yerlik üç kottec, basketbol və voleybol meydançaları inşa olunub. Kompleksin 510 yerlik əsas idman zalı müasir avadanlıqla təchiz edilib.
Dövlət başçısı “İSMA BİKES” velosiped istehsalı zavodunun açılışında iştirak edib.
Prezidentə məlumat verildi ki, Diyallı kəndi ərazisində inşa olunmuş bu istehsal müəssisəsinin layihəsi Bolqarıstanın Sofiya velosiped zavodu ilə əməkdaşlıq çərçivəsində icra olunub.
Müəssisə Bolqarıstan, Danimarka, Niderland, Çin və Türkiyə istehsalı olan avadanlıqlarla təchiz edilib. Zavodun istehsal gücü ildə 20-30 min velosipeddir. Müəssisədə ilkin mərhələdə 60 işçi çalışacaq. Gələcəkdə zavodun fəaliyyətinin genişləndirilməsi ilə işçilərin sayının artacağı nəzərdə tutulur.
İ.Əliyev zavodda rayon ictimaiyyəti və müəssisənin əməkdaşları ilə görüşüb.
Öncə çərşənbə günü İ.Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib. Bu yol Qəbələ rayonunun 3 yaşayış məntəqəsinin 7 min nəfərə yaxın əhalisinin gediş-gəlişini xeyli asanlaşdıracaq. **
R.Babayev
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət