Ermənistanda olan “İskəndər-E” əməliyyat-taktikiraketkompleksi Azərbaycan Silahlı Qüvvələrinə ciddi zərər vurmaq qabiliyyətinə malik deyil. Bu barədə rusiyalı hərbi ekspert Oleq Kuznetsov bəyan edib.
“İskəndər-E”əməliyyat-taktikiraketkompleksi hərbi-texniki infrastruktur üçün önəm kəsb edən ayrı-ayrı obyektlərin, və ya bir yerə toplanmış düşmənin iri qoşunlarının məhv edilməsi üçün nəzərdə tutulur. Ermənistana tədarük edilən variantda bu kompleks nə Bakının neft mədənləri, nə hərbi aviasiya üçün istifadə oluna bilən hərbi və mülki aerodromları, nə də Azərbaycanın paytaxtına zərbələr endirmək üçün istifadə oluna bilməz”, - deyə O.Kuznetsov cümə axşamı Bakıda “Azərbaycan-Rusiya hərbi-texniki əməkdaşlığın perspektivləri” mövzusunda jurnalistlərlə görüşdə vurğulayıb.
Onun sözlərinə görə, “İskəndər-E” Ermənistan tərəfindən Azərbaycan qoşunlarının bir-iki qərargahına zərbələr endirmək üçün istifadə oluna bilər.
“Azərbaycan qoşunlarının müdafiənin ön cərgəsində və ya ikinci eşelonda məhv etmək məqsədilə “İskəndər-E” kompleksindən irtifadə, bu növ silahın qeyri-səmərəli istifadəsi deməkdir. Bu halda mülki obyektlərə zərər dəyə bilər. Misal üçün, həmin raketlərdən Gəncə və Naxçıvan atəşə tutula bilər”, - deyə O.Kuznetsov bildirib.
Lakin, onun sözlərinə görə, dinc şəhərlərin atəşə tutulması tammiqyaslı müharibənin başlanması anlamına gələcək.
“Bu artıq lokal xarakterli Dağlıq Qarabağ münaqişəsi deyil, tammiqyaslı müharibədir. Azərbaycanın Ermənistandan fərqli olaraq böyük hərbi-siyasi üstünlüyünü nəzərə alaraq, İrəvan bu addımı atmaz. Bu mütləq Ermənistanın hərbi-texniki və hərbi-siyasi məğlubiyyətinə səbəb olacaq. İstənilən halda, bu ərazi mübahisəsi ilə əlaqədar münaqişə kimi deyil, Ermənistan və Azərbaycan arasında birbaşa ikitərəfli hərbi münaqişə kimi səviyyələndiriləcək. İrəvan heç zaman bu həddi keçməz”, - deyə ekspert bildirib.
O.Kuznetsov qeyd edib ki, İrəvan heç vaxt Azərbaycan Silahlı Qüvvələrinə zərbələr endirmək üçün ilk olaraq “Toçka U” və ya “İskəndər-E” komplekslərindən istifadə etməyəcək. “Çünki bu birbaşa hərbi təcavüz demək olacaq ki, bu da Azərbaycana təmas xətti boyu əməliyyatlara başlaması üçün təkan verəcək”, - deyə o bəyan edib.
Ekspertin sözlərinə görə, İrəvanda hərbi paradda “İskəndər”in buraxıcı qurğusu nümayiş olunub. “İndiyədək Ermənistanda həmin kompleksin hansı növünün olması heç kimə aydın deyil. Bütün parametrlərə əsasən, hazırda İrəvanda 300-320 km radiusu hədəf alan “İskəndər E” raketidir”, - deyə O.Kuznetsov vurğulayıb.
O hesab edir ki, Moskva siyasi-psixoloji amillərə əsaslanaraq İrəvana “İskəndər E” raketini tədarük edib. “Rusiyanın hansı səbəbdən bu kompleksi tədarük etməsinə dair sual yaranır. Təbii ki, bu siyasi və psixoloji addım kimi səslənir və cari ilin aprel ayında Ermənistan-Azərbaycan cəbhəsində hərbi qarşıdurmanın fəallaşdığı dövrdə meydana gələn və dövlət çevrilişinə səbəb ola biləcək ictimai rəyi sakitləşdirməyə hesablanıb”, - deyə o qeyd edib. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət