“VTB” qrupu 2009-cu ildən Azərbaycanın iqtisadiyyatının inkişafına təxminən $700 mln. sərmayə yatırıb. Bu barədə Rusiyanın Azərbaycandakı ticarət təmsilçisi Eldar Tlyabiçev bildirib.
"Bu gün Azərbaycan bazarında Rusiyanın 600-dən çox şirkəti fəaliyyət göstərir. Bu şirkətlərin 200-ü 100% Rusiya kapitalı ilə işləyir, 400-dən çoxu birgə müəssisə formatındadır. Azərbaycan statistikasının məlumatına görə, Azərbaycanın əsas kapitalına Rusiya investisiyaları təxminən $1,4 mlrd. təşkil edir", - deyə E.Tlyabiçev Rusiyanın “Promışlennıy yejenedelnik” qəzetinə müsahibəsində qeyd edib.
Onun sözlərinə görə, bu investisiyaların böyük hissəsi Azərbaycanın neft sektoruna, Xəzər dənizində neft və qaz yataqlarının işlənilməsinə yönəldilir. Lakin Rusiya şirkətlərinin maşınqayırma, əczaçılıq, kimya sənayesi və bank fəaliyyəti sahələrinə yönəldilən investisiyaları da nəzərəçarpacaq qədərdir.
“Məsələn, “VTB” qrupu 2009-cu ildən Azərbaycanın iqtisadiyyatının inkişafına təxminən $700 mln. sərmayə yatırıb. Bu vəsaitdən $300 mln.-u törəmə bankın – “Bank VTB (Azərbaycan)”ın inkişafına, daha $400 mln.-u nəqliyyat və kommunikasiyalar sahəsində layihələrin maliyyələşdirilməsinə yönəldilib”, - deyə ticarət təmsilçisi vurğulayıb.
O, Rusiya və Azərbaycan şirkətləri arasında birbaşa əlaqələrin genişləndiyini diqqətə çatdırıb: ““KamAZ” Açıq Səhmdar Cəmiyyəti 2015-ci ildə “Gəncə avtomobil zavodu” İstehsal Birliyinin ərazisində öz yük maşınlarının yığma xəttini açıb. “Ural” avtomobil zavodu” Acıq Səhmdar Cəmiyyəti 2016-cı ilin martında öz avtomobillərinin yığılması, Azərbaycanda və üçüncü ölkələrdə satılması barədə “Gəncə avtomobil zavodu” İB ilə analoji müqavilə imzalayıb. Rusiyanın “R-farm” əczaçılıq şirkəti 2016-cı ilin iyununda Azərbaycanın “VITA-A” şirkəti və “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası ərazisində əczaçılıq məhsulları istehsalının yaradılması haqqında Memorandum imzalayıb”.
E.Tlyabiçev əlavə edib ki, Rusiya Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından biri olaraq qalmaqdadır. “Hazırda enerji daşıyıcılarının və xammalın ucuzlaşması və tələbin azalması ilə əlaqədar dünya böhranı fonunda, eləcə də Azərbaycanın milli valyutasının iki dəfə devalvasiyaya uğraması nəticəsində əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi səbəbindən biz iki ölkə arasında mal dövriyyəsinin tamamilə məntiqəuyğun olaraq azalmasını müşahidə edirik. Lakin mənfi xarici və daxili şərtlərə baxmayaraq, Azərbaycanın ümumi ticarət dövriyyəsində 11,4% payla 2-ci yeri tutan, idxalında 17,9% payla liderlik edən Rusiya ölkənin əsas xarici ticarət tərəfdaşlarından biri olaraq qalmaqdadır”, - deyə E.Tlyabiçev qeyd edib.
Onun sözlərinə görə, mal dövriyyəsinin əsas artım perspektivləri neft-qaz sahəsində əməkdaşlıqla bağlıdır. "Bundan başqa, Azərbaycanda regionların inkişafı, yol və nəqliyyat infrastrukturunun modernləşdirilməsi üzrə dövlət proqramlarının həyata keçirilməsi çərçivəsində əməkdaşlıq, texnologiya parklarının və azad ticarət zonalarının yaradılması mal dövriyyəsinin artmasına müsbət təsir göstərə bilər", - deyə ticarət təmsilçisi bildirib.
O hesab edir ki, Azərbaycan bazarına çıxmaq istəyən RF şirkətləri böhran və iki devalvasiya fonunda hazırda ölkədə mövcud olan iqtisadi vəziyyəti nəzərə almalı və ilkin mərhələdə bu şəraitdə məhsullarına olan tələbatın səviyyəsini öyrənməlidirlər.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət