Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyeva Rusiya və Azərbaycan AliTəhsilMüəssisələri Assosiasiyasının himayəsi ilə konfransda iştirak məqsədilə Bakıya səfər edəcək. Bu barədə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov məlumat verib.
“Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyeva 28-30 noyabr tarixlərində Bakıda Rusiya və Azərbaycan AliTəhsilMüəssisələri Assosiasiyasının himayəsi ilə keçiriləcək konfransın açılış mərasimində iştirak edəcək”, - deyə M.Cabbarov “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, konfrans təhsil, elm və mədəniyyət sahələrində Azərbaycan-Rusiya əməkdaşlığının müasir vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsinə həsr olunub.
M.Cabbarov qeyd edib kiu, Bakıda bu səfəri “böyük nikbinliklə gözləyirlər”. “İnanırıq ki, bu səfər ikitərəfli əlaqələrin inkişafına müsbət töhfə verəcək”, - deyə nazir əlavə edib.
İkitərəfli əməkdaşlığın perspektivli istiqamətlərinə toxunaraq, M.Cabbarov rus və Azərbaycanm dillərinin öyrənilməsi və tədrisi sahəsində geniş imkanların mövcudluğunu vurğulayıb. “Rus dilində tədrisi dəstəkləmək məqsədilə Azərbaycanın səyləri yaxşı məlumdur. Azərbaycanda on minlərlə məktəbli və tələbə rus dili və ədəbiyyatını öyrənir və ya digər fənlər və ixtisaslar üzrə rus dilində təhsil alır”. Bu səylərin rus dilinin vətəni olan Rusiya tərəfindən elmi-metodiki dəstəyə ehtiyacı var. Hesab edirəm ki, bununla yanaşı, Azərbaycan dilinin Rusiyada tədrisini birgə aktivləşdirə bilərik. Bu, Rusiyanın çoxsaylı Azərbaycan icması və inkişaf edən iqtisadi əlaqələr üçün aktual xarakter daşıyır”, - deyə M.Cabbarov qeyd edib.
Müsahibənin tam mətni ilə http://interfax.az/view/688671 tanış olmaq mümkündür. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət