Noyabr ayının 1-nə olan vəziyyətə görə, 2016-cı ilin yanvar-sentyabr aylarında banklar və bank olmayan kredit təşkilatları tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 27,2% - 15 mlrd. 820 mln. manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2016-cı il noyabrın əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. 375,6 mln. manat (azalma 8,8%) və ya bütün kreditlərin 8,7%-ni təşkil edir.
Noyabrın 1-nə dövlət payına malik olan banklar tərəfindən 5 mlrd. 528,8 mln. manat (azalma 24,2%) və ya bütün kreditlərin 34,9%-i, özəl banklar tərəfindən 9 mlrd. 817,9 mln. manat (azalma 29,2%) və ya bütün kreditlərin 62,1%-i həcmində kredit verilib. Qalan məbləğ bank olmayan kredit təşkilatlarının payına düşür.
Noyabrın sonuna verilmiş kreditlərin ümumi həcmindən 8 mlrd. 509,5 mln. manat (azalma 22,6%) milli valyuta, 7 mlrd. 310,5 mln. manat (azalma 31,9%) xarici valyuta ilə verilib. 10 ayın yekunları üzrə xarici valyutada kreditlərin xüsusi çəkisi 2015-ci ilin yekunları üzrə 49,4%-ə qarşı 46,2% təşkil edir.
Cari ilin noyabr ayının 1-nə olan vəziyyətə görə, bankların kredit qoyuluşlarının strukturunda 2 mlrd. 483,3 mln. manat (bütün kreditlərin 15,7%-i) ticarət və xidmət sahəsinin, 366,4 mln. manat (2,3%) energetika, kimya və təbii sərvətlər sektorunun, 402,8 mln. manat (2,5%) kənd təsərrüfatı və emal sahəsinin, 1 mlrd. 820,4 mln. manat (11,5%) daşınmaz əmlak sahəsinin, 1 mlrd. 211,1 mln. manat (7,7%) sənaye və istehsalat sektorunun, 1 mlrd. 164,9 mln. manat (7,4%) nəqliyyat və rabitə sahəsinin, 5 mlrd. 906,1 mln. manat (37,3%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Bununla belə, yanvar-oktyabr aylarında ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə bankların portfeli 29,6% azalıb.*
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət