Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Roqozin Azərbaycanla yüksək texnologiyalar sahəsində əməkdaşlıq üçün imkanların olduğunu qeyd edir.
“Hökumətlərarası Birgə İqtisadi Komissiya iqtisadi, ticarət, elmi-texniki, mədəniyyət sahələrində əməkdaşlıqla yanaşı, həmin məsələlərin operativ şəkildə həll edilməsində bir orqana çevrilib”, - deyə o, dekabrın 16-da Bakıda prezident İlham Əliyevlə görüşdə bildirib.
D.Roqozin hesab edir ki, Rusiya-Azərbaycan əlaqələri artıq yeni istiqamətləri əhatə edərək yüksək texnologiyalar sahəsində də əməkdaşlıq üçün yeni imkanlar açır.
Prezident İ.Əliyev, öz növbəsində ikitərəfli münasibətlərin siyasi, iqtisadi, ticarət, energetika sahələrində uğurla inkişaf etdiyini deyib.
Hökumətlərarası Birgə İqtisadi Komissiyanın fəaliyyətinə toxunan dövlət başçısı bu gün komissiyanın Bakıda keçirilən iclası zamanı əməkdaşlıqla bağlı müxtəlif məsələlərin konstruktiv və uğurlu şəkildə müzakirə edildiyini vurğulayıb.
“Azərbaycanın Rusiya ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsində maraqlı olduğunu deyən prezident İ.Əliyev bildirib ki, bu əlaqələr son dövrlərdə daha sürətlə inkişaf edir, Azərbaycan və Rusiya prezidentlərinin mütəmadi görüşləri bunun yaxşı göstəricisidir.
Dövlət başçısı qeyd edib ki, bu baxımdan Rusiya Federasiyasının Prezidentinin son üç ildə Azərbaycana üç dəfə səfər etməsi əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür.
Görüşdə Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət