Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən düzgün bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin saytında məlumat verilir.
“Bakı-Kiyev aviareysi ilə getmək istəyən Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarətindən keçərkən üzərində 10.000 ABŞ dollarından başqa xarici valyutanın olmadığını bildirib. Lakin vətəndaşın hərəkətləri gömrük əməkdaşında şübhə doğurduğu üçün o, sərhəd nəzarətindən keçdikdən sonra steril zonada saxlanılıb və üzərində təkrar şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı vətəndaşın gödəkçəsinin cibindən 264 ədəd - hər biri 100 ABŞ dolları nominalında əskinaslar olmaqla, cəmi 26.400 ABŞ dolları aşkar edilib”, - deyə məlumatda bildirilir.
Vətəndaş izahatında bildirib ki, 26.400 ABŞ dolları məbləğində xarici valyutanı Ukraynaya kommersiya məqsədilə aparmaq istəyib. Lakin qanunla müəyyən edilmiş həddən yuxarı olduğuna görə, 10.000 ABŞ dollarından artıq olan 16.400 ABŞ dollarını əvvəlcədən tanımadığı iki sərnişinə verərək gömrük nəzarətindən keçirtməyi xahiş edib. Gömrük nəzarətindən keçdikdən sonra isə steril zonada həmin şəxslərə verdiyi valyutanı geri alıb.
“Beləliklə, vətəndaş gömrük orqanını aldadaraq, qanunla icazə verilən 10.000 ABŞ dollarından artıq olan 16.400 ABŞ dollarını digər sərnişinlərə paylayaraq qanunsuz yolla gömrük sərhədindən keçirtməyə cəhd göstərib”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının üzərində gömrük baxışı zamanı 4 ədəd "Samsung Galaxy J5", 3 ədəd "Samsung Galaxy J2 prime", 1 ədəd "Samsung Galaxy J7" markalı mobil telefonlar və 7 ədəd mobil telefon qutusu aşkar olunub.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət