Rəsmi Bakı Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə sülh yolu ilə nizamlanmasında maraqlıdır və beynəlxalq birliyi Ermənistanı sülhə məcbur edilməsi üçün təzyiqlərin göstərilməsinə çağırır. Bu barədə Xarici İşlər Nazirliyinin Şuşa şəhərinin işğalının 25-ci ildönümü ilə əlaqədar yaydığı bəyanatda deyilir.
“Azərbaycan beynəlxalq ictimaiyyəti beynəlxalq hüquqa əsasən üzərinə düşən öhdəliklərinə əməl edərək özünün ərazilərinin işğalına son qoyulması və öz qoşunlarını ölkənin işğal olunmuş ərazilərindən çıxarılması, danışıqlarda konstruktiv addımların atılması üçün Ermənistanın sülhə məcbur edilməsinə və ona ciddi siyasi-diplomatik təzyiqlərin göstərilməsinə çağırır”, - deyə sənəddə qeyd edilir.
XİN bildirir ki, Azərbaycan münaqişənin danışıqlar yolu ilə tezliklə nizamlanmasında və regionda davamlı sülhün təmin edilməsində ən maraqlı tərəfdir.
“Danışıqlar Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə nətəcələnməsə, Azərbaycan BMT Nizamnaməsində təsbit olunduğu kimi beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək hüququnu özündə saxlayır", - deyə bəyanatda vurğulanıb.
Bəyanatda deyilir ki, Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci ilin mayın 8-də Azərbaycanın qədim Şuşa şəhəri işğal olunub. "İşğalı nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb”, - deyə sənəddə qeyd olunur.
XİN vurğulayır ki, Şuşa şəhərinin işğalı Ermənistanın Azərbaycana qarşı sistematik təcavüz və işğal siyasətinin tərkib hissəsidir. Bu işğalçılıq siyasəti nəticəsində Ermənistan tərəfindən gücdən istifadə edilməklə Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayonu işğal edilib, işğal edilmiş ərazilərdə bir milyondan artıq azərbaycanlı qanlı etnik təmizləməyə məruz qalıb və müharibə dövründə Ermənistan tərəfindən hərbi və insanlıq əleyhinə ağır cinayət əməlləri törədilib.
“25 ildir işğal altında olan Şuşa şəhəri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin ayrılmaz bir hissəsi olmaqla bərabər Azərbaycan xalqı üçün tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malikdir. “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulub”, - deyə nazirlik bildirir.
Sənəddə qeyd olunur ki, Ermənistan beynəlxalq ictimaiyyətin mövqeyinə tam hörmətsizlik edərək və beynəlxalq hüququn ümumi qəbul olunmuş norma və prinsiplərini kobud şəkildə pozaraq, hələ də öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmağa imtina edir, işğal edilmiş ərazilərin fiziki, demoqrafik və mədəni xüsusiyyətlərini dəyişdirir, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş yüz minlərlə azərbaycanlının Dağlıq Qarabağ və işğal olunmuş ətraf yeddi rayona qayıtmasını və bu ərazilərdəki öz əmlakına sahib olmaq hüququnu rədd edərək hazırkı status-kvonun möhkəmlənməsinə yönəlmiş səylər göstərməyə davam edir.
“Ermənistan beynəlxalq hüququn ali prinsipi olan xalqların öz müqəddəratı təyin etmə prinsipindən sui-istifadə edərək, ölkəsinin qonşu dövlət olan Azərbaycanın ərazilərini güc tətbiq etməklə, ilhaq edilməsi cəhdlərini ört- basdır etməyə çalışır. Ermənistanın Azərbaycanda yaşayan ermənilərin vəziyyətinin öz müqəddəratını təyin etmə kimi təqdim etməyə çalışmasının BMT nizamnaməsi və Helsinki yekun aktında təsbit olunmuş öz müqəddəratı təyin etmə ilə heç bir əlaqəsi yoxdur”, - deyə bəyanatda bildirilir **
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət