Bakı beynəlxalq birliyi Ermənistan rəhbərliyinin Azərbaycana qarşı təbliğ etdiyi nifrət ideologiyası barədə məlumatlandıracaq. Bu sözləri Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
“Təəssüflər olsun ki, Alxanlıda baş vermiş hadisədən sonra Ermənistan ictimaiyyəti və dövləti tərəfindən üzr istənilməsi və bu kimi halların qınanılması əvəzinə, nifrət dolu ifadələr istifadə olunmaqdadır”, - deyə o bildirib.
XİN rəsmisinin sözlərinə görə, Azərbaycanın Cenevrədə BMT institutları yanındakı nümayəndəliyi tərəfindən və BMT-nin İnsan Hüquqları Şurası və digər aidiyyəti təşkilatlarında Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn pozulması halları ilə bərabər məhz bu nifrət təbliğatının kök salması kimi məsələlər də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaq.
H.Hacıyev əlavə edib ki, Ermənistanda “Nemezis” hərəkatı, Melkonyan, Qaregin Njde kimi şəxslər bu ölkənin milli qəhrəmanı elan olunur və Azərbaycana, qonşu dövlətlərə münasibətdə nifrət aşılanır ki, bu da cəmiyyətdə ksenofobiyanın bariz sübutudur.Bu da Ermənistan cəmiyyətində hərbi-siyasi rəhbərliyin uzun illər apardığı nifrət ideologiyasının tərkib hissəsidir.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət