2017-ci ilin sonuna kimi Ukraynada Azərbaycanın Ticarət Evinin açılışı olacaq. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Bu ilin sonunadək Ukraynada Azərbaycanın Ticarət Evinin açılması planlaşdırılır ki, bu, qeyri-neft məhsullarının Ukraynaya ixracının artmasında əhəmiyyətli olacaq”, - Ş.Mustafayev Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko ilə görüşdə bildirib.
Bundan başqa, həmsöhbətlər əczaçılıq, kimya sahələrində əməjkdaşlıq perspektivlərini müzakirə ediblər. bir sıra Ukrayna şirkətlərinin Azərbaycanda əczaçılıq sahəsinə maraq göstərdiyini və bu istiqamətdə görüşlərin keçirildiyini diqqətə çatdıran Ş.Mustafayev Ukrayna şirkətlərinin ölkənin sənaye parklarında investorlar üçün yaradılmış imkanlardan istifadə edə biləcəyini vurğulayıb.
Nazir vurğulayıb ki, Ukrayna Azərbaycanın tranzit imkanlarından yararlana bilər.
Səfir Aleksandr Mişenko qeyd edib ki, Azərbaycanda Ukrayna məhsullarının satıldığı mağaza fəaliyyət göstərir və növbəti mağazanın açılması planlaşdırılır.
Bu ilin oktyabrında Ukraynanın Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubivin Azərbaycana səfər edəcəyini bildirən səfir səfər zamanı bir sıra görüşlərin keçirilməsinin, əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələrin aparılmasının nəzərdə tutulduğunu vurğulayıb. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət